Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Akula Akif" və "Nardaranlı Həsən" həbs olunublar
Avtoritet - Qanuni oğru

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən əvvəllər dəflərlə məhkum olunan Hacıqabul rayon sakini, 1973-cü il təvəllüdlü Akif Ələkbər oğlu Məmmədov saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətin verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A.Məmmədovla bir evdə olan tanışı əvvəllər məhkum olunan Sabunçu rayonu Nardaran qəsəbə sakini, 1975-ci il təvəllüdlü Həsən Əliməmməd oğlu Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər kriminal mühitdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınır.

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda zəlzələ olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »