Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həftənin ulduz falı: 19-25 iyul, 2021 – Tənbəl deyilsinizsə, həftə məhsuldar olacaq
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 19-25 iyul, 2021-ci il tarixləri üçün həftəlik ulduz falını təqdim edir:

Qoç - Ümumiyyətlə, sizi lazımsız narahatlıqlar olmadan əlverişli bir həftə gözləyir. Amma sürprizlər də gözləməyin. Bu həftəni sakitcə keçirin, mümkün qədər istirahətə diqqət yetirin. Həftənin il yarısında böyük nağd pul gəliri mümkündür.

Buğa - Bu dövr münasibət qurmaq üçün əlverişlidir. İndi köhnə problemlərlə məşğul olmaq vacibdir. İşdə gecikməyə yol verməyin: bu günlərdə evdə də işləriniz var. Özünüzə və görünüşünüzə vaxt ayırın. Tezliklə birisinin sizə heyran olması mümkündür.

Əkizlər - Fikirlərinizi diqqətlə izləyin. Bu günlərdə başqalarının sizə təsiri gücü ola bilər və bu üzdən öz ağlınıza dayanmayan fikirlər irəli sürə bilərsiniz. Həftə sonunda işinizə ara verin: istirahət etməlisiniz. İdeal seçim yaxınlarınızla qısa bir səyahətdən ibarət ola bilər. Səfərinizi vaxtından əvvəl planlaşdırın.

Xərçəng - Artıq heç nədən dava-dalaş yarana bilər. Mümkün qədər münaqişələrdən qaçmağa çalışın. Bir müddət səs-küylü əhatələrdən və məclislərdən imtina edin. Həftə məsələn, evdə və ya bağda işləmək və təmir işləri aparmaq üçün əlverişlidir. Amma ustaları diqqətlə seçin!

Şir - Bir çox əşyaları və avadanlıqları, məsələn, mobil telefonu çox stresli və əsəbi olduğunuz üçün sıradan çıxara bilərsiniz. Rahatlanın və özünüzə gəlin. Həftə sonları pul israf etməsəniz, yaxşı olar. Tezliklə pula real olaraq ehtiyacınız olacaq.

Qız –Qız bürcünün tənha nümayəndələri özlərinə bir ruh yoldaşı tapmalıdırlar. İndi bunun üçün yaxşı bir zamandır! Bürcün ailəli nümayəndələrinin həftə sonu evdə vaxt keçirmələri məsləhətdir. Yaşlı nəslin nümayəndələri ilə anlaşılmazlıqlar ola bilər.

Tərəzi - Az danışın, daha çox iş görün - indi ulduzlar sizə belə məsləhət görür. Tənbəl deyilsinizsə, həftə çox məhsuldar ola bilər. Gəlirləri artırmaq üçün bir fürsətiniz olacaq - qaçırmayın. Şəxsi həyatınızda bir sakitlik yaranacaq. Böyük uğurlar üçün zaman hələ gəlməyib. Amma mütləq gələcək!

Əqrəb - Bu həftə özünüzü təhlil edin, gizli istedadlarınızı aşkarlayın və bacarıqlarınızı artırın. Əhval dəyişikliyi və laqeydlik tutmaları mümkündür. Sevdiyiniz bir ilə məşğul olun. Bu, sizi kədərli düşüncələrdən uzaqlaşdıracaq.

Oxatan - İşdə nəyə qadir olduğunuzu mümkün qədər göstərməyə çalışın. Rəhbərlik səylərinizi qiymətləndirəcək və sizi layiqincə mükafatlandıracaq. Amma ofisdə və ev işlərində özünüzü çox da yormayın. Adətən, gərgin iş günündən sonra özünüzə istirahət haqqı tanıyın. Soyuqdəymə riski var, sağlamlığınıza diqqət yetirin.

Oğlaq - Xüsusi bir iş görmək istəyiniz olacaq. Buna bacarığınız yetər. Sadəcə, təxəyyülünüzə sərbəstlik verin! Bu həftə bəzi Oğlaqlar bir dostunun xəyanətindən xilas ola bilərlər. Özünüzə nəzarət edin və incikliyin həyatınızı zəhərləməsinə imkan verməyin. Bu günlərdə Oğlaqlar yollarda diqqətli olmalıdırlar.

Dolça - Xəyallarınızı gerçəkləşdirməyə başlamaq üçün mükəmməl vaxtdır. Yaxın gələcək üçün hədəflər siyahısını hazırlamağa başlayın. İndi hər döngədə qarşınıza çıxan təhriklərə soyuq başla müqavimət göstərmək sizin üçün çətin olacaq. Ancaq bacarsanız, gələcəkdə buna görə özünüzə dəfələrlə təşəkkür edəcəksiniz.

Balıq - Həmkarlarınızla münasibətlər gərgin olacaq və həm də sizin günahınız üzündən. Daha sonra səhvlərə görə özünüzü qınamamaq üçün onlardan üzr istəməkdən qorxmayın. Uşaqlara dəstək olun, onları daha az danlayın. Həftə sonu açıq havaya çıxaraq yay günlərindən zövq alın.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »