Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSX külli miqdarda narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını alıb
sərhəd

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitə­lərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzi məlumat verib.

Bildirilir ki, son günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində naməlum şəxslər tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.

Sərhəd zastavaları “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar.

Keçi­rilən axtarış təd­birləri nəticəsində Yardımlı rayonunun ərazisində bir kisədə ümumi çəkisi 7 kiloqram 225 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və bir ədəd gecəgörmə cihazı, Cəbrayıl rayonunun ərazisində isə bir ədəd bağlamada ümumi çəkisi 11 kiloqram 465 qram və Astara rayonunun ərazisində idman çantasında 9 kiloqram 700 qram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »