Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə narkotikdən ölənlərin sayı kəskin artıb
Narkotik - qaçaq mal

Azərbaycanda narkotikə qarşı mübarizə böyük sürət alıb. Elə gün olmur ki, insan orqanizminə zərərli maddənin satışı ilə məşğul olan onlarla şəxsin həbsi haqqında eşitməyək. Amma narkotik təkcə bizim ölkənini bəlası deyil.

Bizimyol.info xəbər verir ki, Rusiyada narkotikdən ölənlərin sayı kəskin artıb. 2020-ci illə müqayisədə 60 faiz artım qeydə alınıb. Bir il əvvəl Rusiyada narkotikdən 4569 nəfər həyatını itirmişdi. 2021-ci ildə ölənlərin sayı 7316 olub.

Rusiya Statistika Komitəsi ölüm səbəbləri kimi 300 kateqoriya müəyyənləşdirib. Keçən ildən bura COVİD-19 da əlavə olunub. Son bir ildə virusdan 144 min 691 rus həyatla vidalaşıb. Yəni narkotik qonşu ölkədə ən böyük bəla deyil. Buna baxmayaraq, kəskin artım Rusiyada ciddi narahatlıq doğurur.

Qonşu ölkədə, ümumiyyətlə, ölüm faizi yüksəlib. Burada spirtli içkilərdən həyatını itirənlərin sayı da müəyyən rol oynayıb. Heç kimə sirr deyil ki, alkoqoldan asılılıq Rusiyada böyük bəla sayılır. Şimal dövlətində heç vaxt narkotiklə mübarizəyə çox ciddi yanaşmayıblar. Amma spirtli içkilərdən istifadənin azalması həmişə diqqət mərkəzində olub. Hərçənd, bu diqqət lazımi effekt verməyib.

Son bir ildə spirtli içkilər Rusiyada 50.4 min nəfərin ölümünə səbəb olub. 2018-ci illə müqayisə edəndə 6.3 faiz artım nəzərə çarpır. Ümumilikdə son bir ildə Rusiyada spirtli içkidən istifadə 2 faiz artıb.

BMT-nin narkotiklər və cinayətkarlıqla Rusiyada mübarizə idarəsinin göstəricilərinə görə, ölkədə zərərli maddədən ölənlərin sayı Statistika Komitəsinin bəyan etdiyindən daha çoxdur. İdarə son bir ildə narkotikdən ölənlərin sayının 5331 nəfər olduğunu deyir. “Ayıq Rusiya” layihəsi rəsmi rəqəmlərdən xeyli çox narkotik aludəçisi olduğunu bildirir. Layihənin statistikasında şimal dövlətində 5 milyon nəfərin zərərli maddə asılılığından əziyyət çəkdiyi qeyd olunur. Halbuki Rusiya Statistika Komitəsi ölkədə narkotikdən istifadə edənlərin sayının 500 min nəfəri keçmədiyinə əmindir.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »