Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şarl Mişel: "Aİ regionda sülhün əldə olunması üçün müsbət rol oynamağa hazırdır"
Şarl Mişel

"Avropa İttifaqı regionda sülhün əldə olunması üçün müsbət rol oynamağa hazırdır".

APA-nın xəbərinə görə, bunu Cənubi Qafqaz regionuna səfəri çərçivəsində Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, sülhün əldə olunması üçün hansı addımların atıla biləcəyini Ermənistanda səfərdə olarkən Ermənistan rəsmiləri ilə də müzakirə edib.

"Sülhün əldə olunması, proqres üçün nə etməliyik, biz regionda sabitliyin, təhlükəsizliyin təminatına nail olmaq üçün hansı elmentləri nəzərdən keçirməliyik öncə bu barədə düşünməliyik. Mənim bu məsələni Azərbaycan Prezidenti ilə də müzakirə etmək imkanım oldu. Mən həm Ermənistan Baş nazirinə, həm də Azərbaycan Prezidentinə açıq şəkildə mesaşımızı çatdırdım ki, Avropa İttifaqı bu məsələdə müsbət rol oynamağa hazırdır. Təbii ki, biz ATƏT-in fəaliyyətini dəstəkləyirik lakin bu mane olmur ki, regionda daha çox təhlükəsizlik, sabitlik və ən əsası sülhə nail olmaq üçün Aİ öz təcrübəsini paylaşsın, dəstək versin və sülhün əldə olunmasının mümkün inkişafı üçün müəyyən ideyalar versin", Aİ Şurasının Prezidenti vurğulayıb.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »