Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan parlamentinin bugünkü iclası baş tutmadı
Gürcüstan parlamentinin bugünkü iclası baş tutmadı

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin çıxış etməli olduğu parlamentin plenar iclası baş tutmayıb.

Spiker Kaxa Kuçava iclası bağlı elan edib.

Parlament sədrinin sözlərinə görə, iclas zalında baş verənlər siyasi qruplar tərəfindən iclasın baş tutmaması üçün məqsədyönlü şəkildə təşkil olundu.

DİN başçısı qanunverici orqanı artıq tərk edib.

14:12

Gürcüstan parlamentinin növbədənkənar sessiyasının plenar iclasında qarşıdurma baş verib.

Ölkənin daxili işlər naziri Vaxtanq Qomelaurinin iclas zalına daxil olması səs-küyə səbəb olub.

Nazir çıxışına vəfat edən “Pirveli” telekanalının operatoru Lekso Laşkaravanın ailəsinə başsağlığı verməklə başlayıb. Bu zaman müxalifət partiyalarının nümayəndələri əllərində operatorun fotoşəkilləri ilə tribunanın qarşısında dayanıblar. Onlar bildiriblər ki, media nümayəndəsinin ölümündə hökumət və DİN başçısı günahkardır. V.Qomelauri çıxışını dayandırmalı olub.

Parlament sədri Kaxa Kuçava müxalif deputatları nazirə çıxışını davam etdirməyə imkan verməyə çağırıb. İnsident səbəbindən iclada texniki fasilə elan edilib.

Qeyd edək ki, DİN başçısı parlamentə iyulun 5-6-da Tbilisidə cinsi azlıq əleydarlarının törətdikləri iğtişaşlarla bağlı çağırılıb. Qanunverici orqanın binası ətrafında əlavə polis qüvvələri cəlb olunub. (Report.az)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »