Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sükan arxasında "patı" qəbul edən sürücülər saxlanılıb
Sumqayıtda karantin qaydaları ilə bağlı reyd keçirilib

Baş Dövlət Yol Polis idarəsinin xüsusi tağımının Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər keçirib.

"Report" xəbər verir ki, reyd zamanı sərxoş və psixotrop maddələrdən istifadə edən sürücülər aşkarlanıb.

Onlar barəsində qanuni tədbirlər görülüb.

Məlum olub ki, 142 nömrəli marşurut xətti üzrə hərəkət edən avtomobilin sürücüsü Allahverdi Əbülfət oğlu Bədəlov və 90 SG 510 nömrəli "Shagman" markalı yük avtomobilinin sürücüsü Rövşən Oqtay oğlu Eybalıyev psixotrop maddə qəbul edərək sükan arxasına əyləşiblər.

Həmçinin reyd zamanı pandemiya qaydalarına riayət etməyən ictimai nəqliyyat sürücüləri barəsində də tədbirlər görülüb.

Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyən, sənədləri qaydasında olmayan, avtomobilə əlavə avadanlıqlar quraşdıran sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbirlər görülüb.

Baş Dövlət Yol Polis idarəsi sürücülərə xəbərdarlıq edib ki, sükan arxasında olarkən həm özlərini, həm də ətrafdakıları düşünsünlər.

Psixotrop maddələrdən istifadə etməsinlər, sərxoş vəziyyətdə avtomobil idarə etməsinlər.

İdarə tərəfindən reydlər davam edtiriləcək.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »