Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin müharibəyə hazırlaşır” – Qərb mətbuatı
“Putin müharibəyə hazırlaşır” – Qərb mətbuatı

Rusiya prezidenti Vladimir Putin hər il canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırır. Dövlət başçısı bu dəfə Ukrayna ilə münaqişə barədə çox danışıb. Qərb mətbuatı buna xüsusi diqqət ayırıb.

Bizimyol.info xəbər verir ki, İsveç mediası Putinin ritorikasını analiz edib. Skandinavların fikrincə, Rusiya prezidenti müharibəyə hazırlaşır.

Putin “Birbaşa efir” layihəsində tarixdən danışıb, ukraynalılarla rusların eyni xalq olduğunu deyib. Rusiya prezidenti imperiya dövründə Ukraynanın bu dövlətin sərhədləri daxilində olmasına eyham vurub. İsveç mediası hesab edir ki, Putin bu barədə təsadüfən söz açmayıb. Axı dövlət başçısı dillər arasında yalnız dialekt fərqli olduğunu deyir. Putin Ukraynanın sonradan öz mədəniyyətini formalaşdırmağa çalışdığını bildirir. Həqiqətən də, ifadələrin boşuna işlədilmədiyi təəssüratı yaranır.

Ukraynanın sonradan öz mədəniyyətinin formalaşdırmağa çalışması barədə deyəndə daha çox Taras Şevçenko, Nikolay Qoqol nümunələri xatırladılır. Şevçenko şeirlərini yerli dildə yazsa da, nəsr əsrləri rusca olub. Poltava quberniyasında doğulan Qoqol isə yaradıcılığında yalnız rus dilinə üstünlük verib.

Putin Polşanı çox ittiham edir. Onun fikrincə, Avropa dövləti Ukraynanın Rusiyadan uzaqlaşması üçün çox iş görüb. Putin bütün bunlara baxmayaraq qonşu ölkəyə böyük sevgi ilə yanaşdıqlarını bildirib.

Rusiya prezidenti xüsusilə 2014-cü ildən sonra ölkələr arasında soyuqlaşma yaşandığını deyib. Yəqin ki, Putin Kremlə yaxın sayılan Viktor Yanukoviçin hakimiyyətini itirməsini nəzərdə tutur. Halbuki Krım hadisələri, rus silahlı qüvvələrinin sərnişin təyyarəsini vurması daha böyük hadisədir.

Putin deyib ki, əsas suallara Kiyevdə yox, Vaşinqtonda, qismən də Berlində və Parisdə cavab axtarılır. Rusiya prezidenti Ukraynanı müstəqil saymadığını açıq ifadə edir. İsveç mətbuatı hesab edir ki, Putin hədəfi dəqiq göstərir. Putin üçün əsas milli məqsəd Ukraynanın Rusiya ilə birləşməsidir. Stokholm azad dünya forumunun əməkdaşı Anders Oslunda Kreml rəhbərinin müharibəyə hazırlaşdığına şübhə etmir. Onun fikrincə, Qərb indi necə davranacağı ilə bağlı fikrini konkretləşdirməlidir.

Son xəbərlər
Bütün xəbərlər »