Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyasətin “Qırmızı fanarlar” küçəsində dolaşan ölkə
Avropa İttifaqı

Ermənistan Avropa İttifaqından 2,6 milyard avro alacaq. Yardım kimi. Azərbaycana 150 milyon avroluq yardım nəzərdə tutulur. Fərq 173 dəfədən çoxdur. Bəlkə də kiməsə inandırıcı gəlməyəcək, ancaq bu,  rəsmi təsdiq olunmuş faktdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bunu İrəvanda deyib.

Bəs niyə Azərbaycana bu qədər az, Ermənistana bu qədər çox? Əlbəttə, bundan əvvəl də ABŞ, Avropa İttifaqı Azərbaycana və Ermənistana hər hansı maliyyə yardımları edəndə Ermənistanın xeyrinə belə fərqlər olub. Bunu da Qərb siyasiləri belə əsaslandırıblar ki, Azərbaycan öz təbii ehtiyatlarının hasilatı və nəqli hesabına böyük gəlir əldə edir. Buna görə də Azərbaycanın yardıma az ehtiyacı var.

Hərçənd hazırda Azərbaycanın neft gəlirlərində xeyli azalmalar var. Keçən il yanvarın 1-ə olan məlumata görə, Azəri-Çıraq-Günəşli yatağından əldə etdiyimiz gəlir 2 milyard 106 milyon dollar olub. Bu ilin yanvarın 1-ə isə həmin rəqəm azalaraq 1 milyard 850 milyon 200 min dollara düşüb. Aradakı fərq 256 milyon dollara yaxın. Bununla yanaşı Şahdənizdən əldə olunan qaz gəlirlərimiz 66 milyon dollardan 57 milyon 131 minə, eyni yataqdan kondensat gəlirləri 120 milyon dollardan 62 milyon 176 min dollara qədər azalıb.

Əlbəttə, həmin Avropa İttifaqı Şurasının Prezidenti deyə bilər ki, bu, Azərbaycanın öz problemidir; Avropa da gəlirlər azalıb. Pandemiyanın yaratdığl acı reallıqlar var və sair. Ancaq məsələyə başqa tərəfdən yanaşaq.

Azərbaycanın ixracatında Avropa İttifaqı birinci yer tutur; Azərbaycan öz qazını və neftini Avropa ölkələrinə satır. Avropa siyasətçilərinin özləri dəfələrlə yüksək bəyanatlar veriblər ki, Azərbaycan Avropanın enerji bazarında enerji diversifikasiyasına töhvə verib və sair. Bu halda indi enerji satışından gəlirləri azalan Azərbaycana 150 milyon avro, hətta dövlət kimi mövcud olmaq üçün belə heç bir resursu olmayan Ermənistana 2,6 milyard avro ayıran da həmin Avropa İttifaqıdır. Bu, ədalətsiz, ikili standartla yanaşmaya dair bir fakt.

İkinci fakt: Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bütün rəhbərləri Azərbaycanın 15 “erməni məhbusu” İrəvana qaytarmasını və əvəzində Ermənistanın Azərbaycan torpaqlarında minaladığı sahələrin xəritələrini Bakıya göndərməsini dəfələrlə və “gurultulu, sürəkli” alqışlayıblar. Azərbaycanın üç rayonunda – Ağdam, Füzuli və Zəngilan ərazilərində Ermənistanın basdırmış olduğu 189000 (!) minadan söhbət gedir. Hələ heç bəlkə də bu xəritələr o rayonların ərazisindəki minaların hamısını əhatə etmir. Bu qədər minanın xəritəsini verməklə Ermənistan Azərbaycanlıları gələcəkdə öz yurd-yuvasına qayıdışından sonra da öldürməkdə davam etmək istəyib. Yaxud da elə işğal etdiyi əraziləri əlində saxlamaq üçün bu qədər mina basdırıb. Fərq etməz. Avropa İttifaqı Şurasının Prezidenti və təmsil etdiyi qurum Ermənistan hökumətini buna görə sorğulamaq əvəzinə, sadəcə, xəritələrin qaytarımasını alqışlayır. Cəzalandırmaq əvəzinə mükafatlandırır. Nə az, nə çox – düz 2,6 milyard avro! Azərbaycanın bir ildə əldə etdiyi neft-qaz gəlirlərindən hardasa 3 dəfə çox. Avropa İttifaqı o yardımları ayırmaq haqqında qərar qəbul edəndə, heç olmasa, o mina xəritələrinə baxaydı. Təkcə o xəritələrə də deyil. Azərbaycana bu qədər minanı təmizləmək üçün nə qədər böyük maliyyə resursu lazım olduğunu təsəvvür edərdi. Bir də ki, ümumiyyətlə, xəritəyə baxsa, hərbi işğalın və işğaldan azad olunma əməliyyatlarının Azərbaycan ərazisində getdiyini görərdi. Və o ərazilərdə dağıntılara baxardı (Qarabağa səfər edən diplomatlar arasnda Avropa İttifaqına üzv ölkələrin səfirləri də vardı; detallı hesabat, yəqin ki, təqdim olunub). Azərbaycana daha böyük vəsaitin lazım olduğunu görərdi. O halda zərərçəkəni cəzalandırıb cinayətkarı mükafatlandırmaq kimi böyük yanlışdan yan keçərdi.

Və nəhayət. Azərbaycandan fərqli olaraq, Ermıənistanın iqtisadiyyatının 80 faizindən çoxu Rusiyaya bağlıdır. Ordusunu desəniz, Rusiyadan idarə olunub (indi-indi hansısa addımlar atılır ki, ordunu Rusiya idarəsindən çıxarsınlar). Azərbaycan özü Avropa İttifaqına neft-qaz ixrac edən ölkədir. Ermənistan isə, əsasən, Rusiyanın qaz asılılığındadır. Siyasətinə baxsanız, bəli, 2018-ci ildən bəri Ermənistanın yeni hökuməti Rusiyadan siyasi məsafəni artırmağa çalışdı. Sanki. Ancaq son seçkilərdə Rusiyaya birmənalı şəkildə bağlı olan ana müxalifət formalaşdırılıb. Və Nikol Paşinyan öz yeni hökumətinin tərkibini Rusiya Prezidentinin kabinetində formalaşdırıb. Rusiyadan siyasi asılılıq da bu qədər. O halda Avropa İttifaqının Ermənistanı mükafatlandırması başadüşülən deyil. Bəli, Ermənistan hökuməti Qərbpərəst yol seçə bilər. Ancaq siyasi asılılıq dərəcəsi bu yolu getməyə nə dərəcədə imkan verəcək – Avropa İttifaqı ehtimallara sərmayə qoyur?!

Sonuncu fakt: Siyasi səmimiyyət məsələsinə baxaq. Ermənistanın bugünkü hökuməti avro paketini görən kimi onu son seçkilərdən çıxarıb hökumət edən Rusiyaya arxa çevirib. İndi Rusiyaya xəyanət edən Ermənistan sabah vəziyyət dəyişəndə hansı mövqeni tutacaq?! Proqnozlaşdırmaq çətin deyil. Bu addımları ilə - Qərblə oyunlarında Rusiyanı çətin vəziyyətə salıb artıq. Rusiya ona lazım olanda yanında, daha doğrusu, rəhbərlərinin qucağındaydı, indi daha varlı və səxavətli sponsor gəlib deyə arxa çevirib getməklə Moskvanı xoşagəlməz vəziyyətə salıb. Məntiqlə Rusiya Ermənistanı dəstəkləməkdən əl çəkməli, öz hərbi bazalarını ordan çıxarmalıdır. Ancaq yəqin ki, erməni “strateqləri” düşünür ki, Rusiya buna getməyəcək; onu Qərbə dəyişən Ermənistanın kaprizlərinə dözmək - bar qadını ilə evlənmək zorundadır. Hər halda rəsmi İrəvanın Brüssellə intensiv flirti Rusiya üçün Ermənistanla qərar anını yetişdirib. Siyasətin “Qırmızı fanarlar” küçəsində dolaşan birisindən ailə sədaqəti gözləyəcəksə artıq...

Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »