Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Azərbaycan Əfqanıstanda sülhyaratma prosesində fəal rol oynaya bilər
Türkiyə və Azərbaycan bayraqları

“ABŞ qoşunlarının “Taliban”la sülh bağlayıb NATO qüvvələri ilə birgə bölgədən çəkilməsi Əfqanıstanda vəziyyəti yenidən qəlizləşdirib. Həm daxildəki qüvvələr, həm də burada marağı olan ölkələr prosesləri öz lehinə dəyişib daha çox pay qopartmağa çalışır. Əfqanıstanın qonşuları olan Özbəkistan və Pakistanı bu durumda aktiv bir çalışmalarda görürük. Hər iki dövlət ABŞ-ın dəstəyilə Əfqanıstanın da qoşulduğu dördtərəfli format yaratdıqlarını və münaqişədən sonrakı nizamlanmaya hazırlaşdıqlarını elan ediblər. Böyük ehtimalla burada Əfqanıstan deyəndə rəsmi hökumət qüvvələri nəzərdə tutulur. Əfqanıstan hökuməti isə gərginliklərə baxmayaraq “Taliban”la danışıqlar aparmaqla anlaşma əldə etmək ümidindədir”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

”Bununla yanaşı əfqan prezidenti Əşrəf Qani Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Pakistan Baş naziri İmran Xan, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da qatıldığı beynəlxalq konfransda terror qruplaşmasına təslim olmaq niyyətində olmadıqlarını da açıqlayıb. Anlaşılan tərəflər arasında gərginlik artmağa davam edəcək. Əfqanıstanda “Taliban”ın aktivliyi və ölkədə get-gedə söz sahibi olması durumu ötən hər gündə daha da qəlizləşdirir. ABŞ bölgədən çəkildikdən sonra Türkiyənin burada qalmasına qərar verib. “Taliban” isə bu durumdan narazıdır. Daha dəqiq desək terror qruplaşması Türkiyənin qalmasından daha çox, rəsmi Ankaranın onlara yanaşmasından narazı qaldıqlarını gizlətməyib. “Taliban” Türkiyənin onlara dövlət protokolu tətbiq etməsini, yəni onları Əfqanıstanın rəsmi təmsilçiləri kimi, dövlətin gerçək sahibləri kimi tanımasını istəyir. Bunun üçün terror qruplaşması hətta Ərdoğandan görüş də istəyib. Hələlik bununla bağlı Ankaradan heç bir münasibət yoxdur. Türkiyənin Əfqanıstanda olmasını, prosesdə aktiv iştirkaını ABŞ-la yanaşı Pakistan da istəyir. Rəsmi İslamabad hesab edir ki, Əfqanıstanın qonşuları olan Özbəkistan, Tacikistan, İran və Pakistanla yanaşı Türkiyə də sülhün əldə olunmasında fəal iştirak etməlidir. Əslinə qalsa durumun necəliyindən asılı olmayaraq Türkiyə də Əfqanıstanda qalmaqda maraqlı görünür. Prezident Rəcəb Tayyib Ərdoğan Əfqanıstana davamlı olaraq dəstək göstərməyə hazır olduqlarını bəyan edib. Bundan əvvəl isə Türkiyə rəhbəri ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingent saxlamağa hazır olduğunu da açıqlamışdı. Bu bəyanatlar Türkiyənin qərarlı olmasını göstərir. Türkiyənin burada mövcudluğu ölkənin son illərdə yürütdüyü xaricdə genişlənmə siyasətinin davamı kimi qəbul edilə bilər. “Taliban”la yarana biləcək gərginliklərə, yaraqlıların Türkiyəni təhdid etməsinə rəğmən Türk Ordusunun Əfqanıstanda iştirakı lazımdır. Fikrimizcə ABŞ bölgədən çəkilməklə Rusiya və Çinlə dil tapa biləcək NATO ölkəsini, Türkiyəni buraya tam olaraq yerləşdirməklə Əfqanıstanı yenə də dolayı yolla nəzarətində saxlamağa ümid edir. Türkiyə Əfqanıstanın qonşuları - türk dövlətləri Özbəkistan və Türkmənistan, yaxın münasibətdə olan Pakistan, islam ölkələri olan Tacikistan və İranla birgə buradakı duruma hakim ola bilər.

Əfqanıstanda sabitləşmə və prosesdə aktiv rol almaq məsələsində Azərbaycan da iştirak edə bilər. Məlumat üçün deyək ki, Əfqanıstanda 3 milyon azərbaycanlı var. Hazırkı hökumətin Azərbaycana, azərbaycanlılara çox böyük simpatiyası var. Əlbəttə iştirak məsələsi “Taliban”la ciddi problemlərə və gərinliklərə gətirib çıxara bilər. Amma beynəlxalq birliyin, Türkiyənin, Əfqanıstanın sabitlik arzulayan qonşularının dəstəyilə terror qruplaşmasının dayandırılaması mümkündür. Azərbaycan Türkiyə ilə birgə həm buradakı sülhün əldə olunmasında, həm də ölkənin yenidənqurulması prosesində aktiv şəkildə iştirak etməlidir.

Əfqanıstanın qonşularının ikisinin türk dövləti – Türkmənistan, Özbəkistan olduğunu nəzərə alaraq Türkiyə və Azərbaycan, Türk Konseyi ilə birgə burada iştirakla bağlı fəallıqlarını artırmalıdırlar. “Taliban” iddia edir ki, ölkənin 85 faizinə nəzarət edir. Artıq Əfqanıstan rəsmi hökumətinə dəstək verən, koalisiya qüvvələrilə əməkdaşlıq edən bütün yerli şəxslərin həyatı təhlükə altındadır. “Taliban”ın onları “satqın” elan etməsi və məhv etməsi an məsələsidir. Eyni zamanda terror qruplaşmasının ələ keçirdiyi yerlərdə sərt şəriət qanunları qoyması, silahla və terrorla hakimiyyət sürdürməsi Əfqanıstan üçün də, qonşular üçün də yaxşı heç nə vəd etmir. Buna görə də beynəlxalq aləmin tez bir zamanda “Taliban”ı durdurması, ölkədə sülhün yaranması üçün gərəkli addımları atması vacibdir”,- deyə o bildirib.

İlhamə

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
Son xəbərlər
Bütün xəbərlər »