Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclis üzvlərinin Kıbrıs Türk Cümhuriyyətinə səfərinin arxasında nələr durur
Milli Məclis

Azərbaycan Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri bu gün Kuzey Kıbrıs Türl Cümhuriyyətinə səfər edir. Bu barədə iyulun 16-da KKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, iyulun 15-də KKTC Cümhuriyyət Məclisinin Hüquq, siyasi işlər və xarici əlaqələr Komitəsi, Türkiyə Böyük Millət Məclisinin Xarici işlər komitəsi və Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Türkiyədə işçi yeməyində bir araya gəlib.

Məlumatda vurğulanır ki, A.Ç.Kılıç, nümayəndə heyətinin Azərbaycan Milli Məclisini təmsilən KKTC-də olacağını və bütün dünyaya Azərbaycanın KKTC-nin yanında olduğu mesajının veriləcəyini deyib.

“Milli Məclisin bir qrup üzvünün Kuzey Kıbrıs Türk Cumhuriyyətinə səfəri bu ölkənin azad olunmasının 47-ci ildönümü

ilə bağlı keçirilən tədbirlərdə iştirakıyla əlaqəlidir. Nümayəndə heyəti adada iyulun 20-də Sülh və Barış günü tədbirlərində də iştirak edəcək. Bu tədbirlərdə Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan da iştirak edəcək. Ərdoğan Kıbrısda adanın gələcək taleyini müəyyənləşdirəcək vacib açıqlamalar səsləndirəcəyinin anonsunu da verib”.

Bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycan rəsmən Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanımasa da, Bakı ilə Lefkoşe arasında hər zaman əlaqələr olub.

“Əgər ilkin illərdə bu əlaqələr Ankara üzərindən qurulurdusa, sonrakı illərdə birbaşa təmaslar da həyata keçirilməyə başladı. KKTC-nin Bakıda Nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin dəvəti ilə KKTC-nin mərhum lideri Rauf Denktaş Bakıda oldu, fikir mübadiləsi aparıldı. Bundan başqa deputatlarımız, jurnalistlərimiz və QHT təmsilçilərimiz zaman-zaman Kuzey Kıbrıs Türk Cumhuriyyətinə səfərlər edirlər.

Buna baxmayaraq, “rəsmi Bakı KKTC-nin müstəqilliyini tanıya bilərmi” sualı hər zaman səslənib. Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən sonra bu suallın aktuallığı daha da artıb. Çünki keçmiş illərdə əsas arqument bu idi ki, “rəsmi Bakı KKTC-ni müstəqilliyini tanısa, Yunanıstan və Kirp Yunan Respublikası da Qarabağ separatçılarını tanıyacaq”. Bu arqument hazırda zəifləyib. Çünki, yunanların tanıya biləcəyi məkan xeyli daralıb, heç ermənilərin özləri də müharibədəki məğlubiyyətdən sonra “müstəqillikdən” danışmırlar. Ancaq orası da var ki, Yunanıstan bizə başqa pisliklər etməyə çalışacaq. Onsuz da müharibə günlərində yunanlar var gücləriylə Ermənistanı müdafiə edir, ermənilərin təxribatçı xəbərlərini yayırdılar. Bunların da mümkün zərərini hesablamaq lazımdır. Əslində Azərbaycanla yanaşı bir neçə türkdilli ölkə birgə KKTC-nin müstəqillliyini tanıyarsa, bu işin xeyrinə olacaq və Afina türkdilli dövlətlərin kollektiv qərarına qarşı aciz qalacaq”.

Siyasi şərhçinin sözlərinə görə, Ankara KKTC-ni tanımaq məqsədilə əvvəllər də Bakıya təzyiq etməyib, indi də etmir.

“Ancaq Ankaranın Bakıdan və digər türkdilli dövlətlərdən ricası var:

KKTC ilə sıx iqtisadi əlaqələr qurun, hava nəqliyyatı əlaqələri yaradın, birbaşa turist səfərləri təşkil edin.

Bəli, bunu etməyə bizə heç nə mane olmur. Onsuz da bir gün gələcək beynəlxalq aləm Kosovonun müstəqilliyini tanıdığı kimi Kuzey Kıbrıs Türk Cumhuriyyətinin də müstəqilliyini tanıyacaq. Bu, adada yaşayan türklərin təbii haqqıdır. Adadakı türklərin buna mənəvi haqqı çatır. 1960-1970-ci illərdə soyqırıma məruz qalan da türklər oldu, BMT-nin keçmiş baş katibi Kofi Annanın da planına “hə” deyən də türklər idi. Ancaq ABŞ və Avropa yunanların yanında oldu, demək biz də türklərin yanında olmalıyıq”.

Leyla Mirzə

Paylaş »
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› Avqustun 3-nə olan hava proqnozu
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› İntizam komissiyası polisi döyən deputatla bağlı rəyi yekdilliklə qəbul edib
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »