Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan “Zəngəzur dəhlizi”nin qaçılmaz olduğunu anlayır”
Nikol Paşinyan

Ermənistan respublikasının İstintaq Komitəsi sabiq prezident Sisian icmasının rəhbəri Artur Sarkisyanı həbs edib.

A.Sarkisyan vəzifə səlahiyyətlərini aşmaqda və rəsmi sənədləri saxtalaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, son günlərdə Qacaran icmasının rəhbəri Manvel Paramazyan, Mehri icmasının keçmiş rəhbəri Mxitar Zakaryan, Vorotan və Qacaran rayonları administrasiya rəhbərləri Suren Oqacanyan və Lusine Avetyan da həbs olunublar. Bütün bu şəxslər son parlament seçkilərində sabiq prezident Robert Köçəryanın “Ermənistan” Blokunu dəstəkləyiblər.

R.Köçəryan isə bunu “Siyasi terror” adlandırıb. Onun sözlərinə görə, “Paşinyan hökuməti Sünik (Qərbi Zəngəzur – red.) vilayətinin sakinlərini əlində silahla qoruyan” adamları həbsə atır.

“Azərbaycan prezidentinin Ermənistana təhdidlərindən yetərincə zaman keçib və cəmiyyət gözləyirdi ki, Ermənistan dövləti adından adekvat cavab veriləcək. Lakin bu baş vermədi. Beynəlxalq münasibətlərdə qorxaqlıq və amorfluğu sevmirlər. Ermənistan və erməni xalqının ünvanına səslənilən təhdidlər sərt və qəti cavablar tələb edir. Ermənistan öz xalqının ərazi bütövlüyü və xalqının ləyaqətini qorumaq üçün iradə göstərməlidir”, - deyə R.Köçəryan vurğulayıb (Ermənistan KİV).

Bu və digər məqamları Bizimyol.info-ya şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Ermənistanın ərazi bütövlüyünə Azərbaycan tərəfindən hər hansı təhdid yoxdur.

Tofiq Abbasov Tofiq Abbasov

“Üçtərəfli bəyanata görə, “Zəngəzur dəhlizi” açılmalıdır və Azərbaycanın da Ermənistandan gözləntisi budur. Hər hansı ərazi iddiasından söz gedə bilməz. Əksinə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqda və yekun sülh sazişini imzalamaqda gecikir”, - deyə T.Abbasov qeyd edib.

Onun sözlərinə görə, Ermənistan xalqının yaddaşında korrupsiya və repressiyalarla qalmış Robert Köçəryan cəmiyyətdə nüfuzunu qaldırmaq və hakimiyyətə təzyiqlər edə bilmək üçün, “Zəngəzur kartı”na əl atıb.

“Artıq Ermənistan xalqı “Qarabağ klanı”na güvənmir. Köçəryanın özü də anlayır ki, Qarabağ məsələsi artıq əksər ermənilər üçün aktuallığını itirib. Ona görə də, Ermənistanda elektorat toplamaq üçün, Köçəryan və komandası tərəfindən tez-tez “Syunik əldən gedir, Azərbaycan torpaqlarımızı işğal edir” kimi isteriyalar səsləndirilir. O həbs edilən adamlar, silahlı dəstə başçıları kimi kimdən qoruyurdu? Azərbaycan ordusu öz sərhədlərini qoruyur, Ermənistan respublikasının rəsmi ərazilərinə müdaxilə etmir”, - deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Nikol Paşinyanın özü də anlayır ki, Ermənistanın rifahı qonşularla sülh içində yaşamaqdan keçir.

“Üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” nəzərdə tutulur və rəsmi İrəvan gec-tez özündə bu iradəni tapıb, dəhlizin açılmasına şərait yaratmalıdır. Nikol Paşinyan da bunun qaçılmaz olduğunu anlayır, sadəcə olaraq, onun da əl-qolunu bağlayan qüvvələr var”, - deyə T.Abbasov söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »