Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhəmməd Muradlı Serbiyada keçirilmiş turnirin qalibi oldu
Məhəmməd Muradlı

Serbiyanın Parasin şəhərində “Paracin 2021” beynəlxalq şahmat turniri başa çatıb.

Ölkəmizi beynəlxalq turnirdə Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Gövhər Beydullayeva, Fərid Orucov və Ümid Aslanov təmsil ediblər.

Sevindirici haldır ki, yarışda gələbəni elə Azərbaycan təmsilçisi bayram edib. Son turdan öncə turnir cədvəlinin vahid lideri olan Məhəmməd Muradlı sonuncu turda İsrail şahmatçısı Yevgeni Postni ilə heç-heçə edərək turnirin qalibi oldu. Bundan əlavə Məhəmməd heyyətinə görə çox güclü olan turnirdə qələbə qazanmaqla, həmçinin qrossmeyster balını toplamağa nail olub.

Təmsilçilərimizdən Misrətdin İsgəndərov 7 xalla turnirin 2-4-cü yerləri bölüşdürüb. Əhməd Əhmədzadə 6,5 xalla 11-ci, Eltac Səfərli isə 6 xalla 20-ci yerin sahibi olub.

Digər təmsilçilərimiz Xəzər Babazadə, Aydın Süleymanlı və Read Səmədov 5,5 xal, Gövhər Beydullayeva və Fərid Orucov 4,5 xal, Ülvi Sadıqov 4 xal, Ümid Aslanov isə 3,5 xal toplayıb.

Turnirdə 35 ölkədən 18-i qrossmeyster olmaqla 200-ə yaxın şahmatçı iştirak edib.(chess.az)

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »