Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana olmağı hardan öyrənməli?
Körpə - Uşaq

Aylardır narkomaniya, “patı” deyib bas- bas bağırır media. Narkomaniyanın ən məsum qurbanları körpələrdir.

Narkoman ata- anaların körpələri Azərbaycan cəmiyyətində övladın təlim tərbiyəsi xüsusən qadınların üzərinə düşür. Elə dilimizdə yer almış bir ata sözümüz də var: “Uşaq atadan yox, anadan yetim qalır”.Yəni atasını itirən övlada anası ata yoxluğunu hiss etdirmədən böyüdə bilir onu, anasız böyüyən, anası ola-ola onun sevgisinə həsrət qalan övladların boşluğunu kimsə doldura bilməz və illər keçdikdən sonra bu hansısa psixoloji travma olaraq həyatda özünü üzə çıxaracaq. Narkoman anaların övladları ailədən alınıb dövlət nəzarətinə verilməlidir , bu birmənalıdır, gözləmək olmaz. Nə zamansa içdiyi maddənin təsiri altıda gözü dönüb o uşağı öldürməyəcəyi, səfalətlərə salmayacağı nə məlum.Onları diləndirməyəcəyi, narkotika üçün pul tapıb gətirsin deyə oğurluğa məcbur etməyəcəyi zəmanətlidirmi? Və nəhayət o uşaqların da böyüklərdən görüb götürdüyünü davam etdirməyəcəyini bilmirikmi?Övlada həsrət o qədər ailələr varkən bir körpənin, bir insanın belə mühitdə çürüyüb getməsinə göz yummaq olmaz.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, 2021-ci ilin 6 ayı ərzində sosial xidmət müəssisələrindən 31 uşaq ailələrinin istəkləri əsasında yenidən doğma ailələrinə qaytarılıb. 26-sı oğlan, 28-i qız olmaqla 54 uşaq övladlığa verilib. Övladlığa götürülmüş 206 uşaqla bağlı 204 əyani, 2 distant formada monitorinqlər aparılıb.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsi ümumiyyətlə aztəminatlı ailələrlə işi göz önüdə saxlamalıdır. Şikayət oldu, olmadı, nəzarət, monitorinqlərin hansısa formada təşkili vacibdir. Çünki, zalım qarşısında acizliyin dili lal olur, ya abırlarına qısılaraq, ya ümumiyyətlə bilgisizlik ucbatından susan minlərlə ehtiyac sahibləri var. Ehtiyac deyərkən yalnız maddi ehtiyacı nəzərdə tutmuram, kömək, dəstək, bir məsləhət, bir çıxış yolu axtaran minlərlə aciz insan varə. Çoxusu elə düşdüyü quyuyla, ayaqlarına bağlanmış zəncirlə barışıq yaşayır.Ana olmağın dərsliyimi yazılmalıdır?

Bu günlərdə marketə gedərkən bir-iki addımlığımda bir anayla bala gedir. Qadının 35 yaşı olar, əlində telefon kiminləsə uzun uzun danışır, 3 yaşlarında olan oğlu da önünə düşüb yeriyir. Səki dardır və ətrafdan sürətlə maşınlar şütüyür. Qadın uşağın əlindən də tutmayıb ki, birdən yolun ortasına qaçar deyə. Rahat rahat gedir və diqqəti telefondadır. Marketin yerləşdiyi ərazidəki dairəyə çatar çatmaz iki avtomobil qəza vəziyyəti yaratdı, biri özünü qorumaq üün arxaya irəliləyəndə yıxılaraq səkidən düşmüş balacanı görmədi, mən qaçıb uşağı yerdən götürüb maşının altına düşməkdən qorudum, onu qoruyum deyərkən özüm səndələdim və dizim səki daşına sürtünüb paralandı. Çox qəribədir ki, bu durum bayaqdan soyuq sima ilə telefonla danışan qadının bir tükünü də tərpətmədi,yenə qulağında telefon uşağı mənim əlimdən çəkib aldı və üzündəki mimikadan “ sağ ol” yox, “ sən niyə qarışırsan?” ifadəsini oxudum. Sanki az öncə maşının altında qalmaqdan türklər demiş kıl payı qurtulan övladını yox, yerə saldığı salfeti alaraq əvvəlki arxayın görüntüsü ilə yoluna davam etid. Yenə telefonla. Qanayan dizim yox, bir ananın öz balasına bu qədər laqeyd yanaşması ağrıtdı məni.

Bu günlərdə Şəki rayonunda 15 yaşlı qızın 30 yaşlı gənclə evləndirilməsi müzakirə edildikdən sonra dövlət komitəsinin təzyiqi ilə toya qadağa qoyulub. Qız 18 yaşına qədər öz ailəsi ilə yaşayacaq. Bu qızı 15 yaşında ərə verməyə məcbur edən səbəblər nədir? 15 yaşlı yeniyetmə ərə gedəndən bir il sonra qohum əqrəba “uşaq doğ” deyib təzyiqə başlayacaq. Özü hələ uşaq sayılan ananın böyütdüyü körpəyə verəcəyi nə olacaq? Heç düşünülmürmü ki, hansısa bir səbəblə sabah o 15 yaşlı ana təkbaşına qalası olsa övladının, özünün taleyini necə quracaq? Əlində sənəti, bacarığı olmadan.

Ana olmağın kitabımı lazım, əsl ana necə olmalıdır, uşaq necə böyüdülməlidir, ana olmaq fədailikdir ya doğulan uşağa qanundan qorxub sadəcə baxıb bəsləmək? Bu suallarıma görə məni bəziləri topa da tutacaq bilirəm, sual verdiyim deyil əslində.Bəlkə kimlərsə unutduqları bilgiləri yada salmaqdır məqsədim.

İlhamə

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Blogger Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »