Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat jurnalistlər binasından danışdı, “topa tutuldu”
Etibar Əliyev

Dünən deputat Etibar Əliyev yenidən qalmaqallı statusu ilə gündəmə gəlib. O jurnalistlər üçün tikilmiş üçüncü binanın şəhid və qazi ailələrinə verilməsini təklif etməklə yanaşı, jurnalist məktəbinin olmadığını, indiki yazarların da bir işə yaramadığını dilə gətirib.

"Ölkədə jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib. Bu jurnaist keyfiyyətini əsla dəyişməyib.. Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız reklam və xəbərlər dərc etməklə məşğuldurlar və başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. ...Mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidi".

Deputatın bu fikirləri jurnalistlərin böyük etirazı ilə qarşılanıb. Sosial şəbəkələrdə ona cavab verənlər “ bəlkə sən öz evini qazilərə bağışlayasan, aylıq maaşın 5000 manatdır, hər ay sən maaşından qazi ailələrinə köçürmə et” və s. tipli cavablar verilib. Narazılığı görən deputat yeni br status da yazıb.

“Müasir jurnalistikada kiçik istisna ilə ədəbi və qeyri-siyasi mövzulardakı düşüncə məqalələri artıq yoxa çıxmaqdadır. Nöqsanla verilmiş, ehtiras çalarlı yenilik jurnalistika janrlarının bütün zənginliyini əvəz edib. Öz fərdiliyini gizlətmək, dürüst, sadə, aydın və dilə maksimal hörmət etməklə məqalələr yazmaq jurnalistin məqsədi olmalıdır. Siyasətə qarışmağa cəhd edən jurnalist yekunda gerçəkliyi saxtalaşdırır. Jurnalist olmağa çalışan siyasətçi zalıma çevrilir, çünki jurnalistlər böyük gücə malikdirlər.... Məqalələr mürəkkəb və maraqsız alınır, sanki ölü dildə yazılmış olur. Oxucuya real baş verəni, ona yaxın, həqiqi xəbərləri, fərqli fikirlər doğuran mülahizələri vermək lazımdır. Qəzet jurnalistlərin balasıdır və yalnız onlar qəzetin taleyinə görə cavabdehdirlər." Qısası nə demək istədiyi həm aydındır, həm də aydın deyil.

Jurnalistləri şəhid ailələri ilə qarşı-qarşıya qoyması xoş hal deyil. Jurnalistlərə mənzil verilməsi onsuz da hər il redaksiyalarda əməlli başlı mübahiələrə səbəb olurdu. Amma bu dəstəkləmirəm anlamına gəlmir. Ən azından 5 nəfər layiqsiz alanda 1 nəfər də çox ehtiyacı olana ev düşür. Amma deputat tamamilə ev verilməsin əvəzinə məsələn MİDA-dan faydalanmaq, güzəştli şərtlərlə mənzil almaq kimi proqblemlərdən danışa bilər.

Qarabağ müharibəsində sağlamlığını itirmiş qazilərin, həyatını qurban vermiş qəhrəman oğullarımızın ailə üzvlərinin mənzil-məişət problemlərinin həlli dövlətimiz üçün prioritet məsələdir və əminəm ki, bu, həmişə belə olacaq. O ailələrin hər biri üçün mənzillər inşa edilir –.Onların təkcə ev yox, bütün problemləri həll ediləcək. Həmçinin doğma yurd-yuvalarına qayıdacaq məcburi köçkünlər üçün inşa edilmiş binalar da qazilərə və şəhid ailələrinə veriləcək.

Jurnalistlər binası Prezident İlham Əliyevin müstəsna səlahiyyətidir, media mənsublarının problemlərinə həssas münasibətinin göstəricisidir. 3-cü binadakı o mənzillər ədalətlə, haqqı çatana, həqiqətən də ehtiyacı olan jurnalistlərə verilməlidir.Ömrünü 600-1000 manat limitində maaşla yaşamağa həsr edən bu qrup insanlar başqa şərtlər altında ev almağı yalnız yuxuda görə bilərlər. Etibar Əliyev istəyir yaradıcı məqalələr olsun. Problemi başından aşan jurnalist ilham pərisindən çox , sosial problemləri yazmalı olur. Gözəl şəraiti, rahatlığı, imkanı olsa əlbəttə oturub uzun uzadı araşdırar da, gözəl qonorar müqabilində ortaya dünya səviyyəli işlər çıxarar da. Amma gündəlik maşın kimi 3-5 məqalə yazıb plan doldurmaqla maaş alırsa hansı yüksək keyfiyyəti gözləyirsiniz? Bu dünyada analoqu olmayan gözəl nümunədir, təmənnasız edilən dəstəkdir, ümiddir, hava nəfəsliyi kimi bir fürsətdir. İndi nə olub ki, bu məsələni qabardırsınız?

Cənab Prezidentdən xahiş edirik ki, sözügedən mənzillərin ehtiyacı olan jurnalistlərə bağışlanması üçün göstəriş versin. Etibar Əliyev, jurnalistlər evi dövlətin jurnalistə dəstəyidir, nə zaman ki bizlərin də maaşı aylıq 4-5 min manat olacaq , onda etiraz etməyə haqqınız çatacaq.

İlhamə Rəsulova

Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Avqustda bürcləri nə gözləyir...
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »