Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maradonanın şərəfinə kilsə açıldı
Diyeqo Maradona

Meksikanın Puebla ştatında Dieqo Maradonanın şərəfinə ilk kilsə açılıb.

Özünəməxsus kilsənin girişində futbl topları, ulduz futbolçunun rəsimləri, onun meksikalı geyimində yerli xalqla fotoşəkili sərgilənir. Kilsənin içərisində ilahi ikonalar Maradonaın geyim və şəkilləri ilə qoşa asılıb.Kilsəni inşa edən Marselo Buşe bildirib ki, bu kilsədə insanlar Tanrıdan və Futbol tanrısından söhbət edə biləcəklər.

Qeyd edək ki bu Maradonanın adına açılan ilk kilsə deyil Hələ 1998-ci ildə futbolçu sağ olarkən Argentinada 33 yaşlı Alexandra Vernou adlı şəxs futbol inancı adlı axım yaradaraq belə kilsə açmışdı.

Maradona Barselona və Napoli klublarının tərkibindəki oyunu ilə məşhurluq qazanıb.1986-cı ildə dünya çempionu titulunu qazanıb. Ömrünün son illərində narkomaniyadan əziyyət çəkən Maradona həddən artıq kilo almışdı, ciyərlərinə su yığılmış və ürək çatışmazlığı yaranmışdı. 2020-ci ilin noyabr ayının 25-də o ürək çatışmazlığı diaqnozu ilə 60 yaşında həyatını itirdi.2021-i ildə onun müalicəsi ilə məşğul olan 7 həkimə yarıtmaz müalicəyə görə cinayət işi açıldı.

Onun futbol həyatı 10 yaşında başlamışdı. "Los Kobollitas" onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib. Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zaldan çıxıb. O ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

İlhamə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »