Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Şimali Kiprlə bağlı sürpriz hazırlayıb...
Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhiriyyəti ilə bağlı “xoş sürprizinin” olduğunu açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Ərdoğan dünən bu haqda jurnalistlərlə söhbətində deyib. Bildirib ki, sürpriz xəbəri Şimali Kiprə iyulun 19-da başlayacaq səfəri zamanı açıqlayacaq.

O, geniş tərkibli heyətlə Şimali Kiprə gedəcəklərini deyib. “Şimali Kipr parlamentində millətvəkilləri qarşısında çıxış edəcək. Şimali Kiprə bu xoş müjdəni də orada, parlamentdə vermək istəyirik, indi açıqlasaq yanlış olar, gözəl bir addımımız var. İlkin hazırlıqları bitirdik”,-Türkiyə prezidenti bildirib.

Xatırladaq ki, iyulun 20-də Şimali Kiprdə azadlıq bayramı qeyd olunur. Bu bayrama hər il Türkiyədən geniş heyət qatılır. Azərbaycan Milli Məclisinin deputatlarından ibarət heyət də başda Səməd Seyidov olmaqla hazırda Şimali Kiprdə səfərdədir. Bu, Azərbaycandan müstəqilliyi tanınmamış Şimali Kiprə ilk belə siyasi səfərdir.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »