Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhəmməd Peyğəmbərin karikaturalarını çəkən şəxs öldü
Kopenhagen, Danimarka

Həzrəti Məhəmmədin karikaturalarını çəkdiyi üçün böyük mənfi reaksiya alan danimarkalı karikaturaçı Kurt Westergaard 86 yaşında vəfat edib.

Bizimyol.info xəbər verir ki, Danimarkada yayımlanan Berlingske qəzeti Westergaardın ölüm xəbərini ailəsindən alıb. Ailəsi Westergaardın uzun müddət xəstəlikdən əziyyət çəkdiyini qeyd edib.

1980-ci illərdə muhafizəkar görüşlü Jyllands-Posten qəzeti üçün karikaturalar çəkən Westergaard 2005-ci ildə dünyaya pis mənada səs salıb. Belə ki, o dönəmlərdə Məhamməd Peyğəmbərin karikaturalarını çəkən rəssam İslam dünyasını ayağa qaldırdı. Dünya boyunca bir çox ölkədə etiraz dalğası böyüdü, karikaturaçının ünvanına ölüm təhdidləri yağdı. Tənqid edilən karikaturalara görə Danimarkanın səfirlik binaları hücumlara məruz qaldı.

Kurt Westergaard

Qeyd edək ki, 2015-ci ildə Məhəmməd Peyğəmbərin karikaturalarını yayımlayan "Charlie Hebdo" adlı fransız jurnalına da hücum edilmişdi. Hadisə zamanı jurnalın karikturaçılarla birgə 12 nəfər əməkdaşı həyatını itirmişdi.

Orxan Musa, Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »