Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Olimpiadaya gələn idmançı yoxa çıxıb
Yaponlar olimpiadaya qarşı çıxır

Tokioda start götürəcək Yay Olimpiya Oyunları üçün müxtəlif ölkələrdən olan idmançıların da yer aldığı nümayəndə heyətləri Yaponiyaya üz tutur. Olimpiadaya vəsiqə qazanmış şəxslər əvvəlcə xəstəliyə görə testdən keçirilir. Uqandalılar da artıq Yaponiyaya çatıb. Amma idmançılardan biri test vermək üçün nəzərdə tutulan məntəqəyə gəlməyib.

Bizimyol.info xəbər verir ki, uqandalı idmançı Yaponiyada yoxa çıxıb. Culius Ssekitolekodan heç bir xəbər yoxdur. 20 yaşlı ağır atlet İdzumisano şəhərində qeyb olub. Onu otel otağında tapmayıblar. Komanda yoldaşları Culiusu bir müddət əvvəl gördüyünü, sonradan idmançının gözə dəymədiyini bildiriblər. Şəhər rəhbərliyi uqandalını hər yerdə axtardıqlarını açıqlayıb.

Ssekitoleko Uqandanı Yay Olimpiya Oyunlarında təmsil edəcək 9 idmançıdan biridir. Afrika ölkəsinin nümayəndə heyəti Yaponiyaya çatan kimi iki üzvdə yoluxma aşkarlanıb. Heyət karantinə alınıb. Ssekitoleko iyulun 14-də 67 kiloqram çəki dərəcəsində mübarizə üçün əsas heyətə düşmədiyini, ehtiyatda qaldığını öyrənib.

Yerli mətbuatda hesab olunur ki, uqandalı idmançının həyatına təhlükə yoxdur, Culius bilərəkdən qeybə çəkilib. Daha doğrusu, Ssekitolekonun Yaponiyada ilişib qalmaq məqsədi güddüyü ehtimal edilir. Onsuz da bu metoddan çox istifadə olunur. Üçüncü dünya ölkələrindan olan idmançılar inkişaf etmiş dövlətlərdə keçirilən yarışlara gedəndə sığınacaq almaq variantı ortaya çıxır. Məsələn, şimalikoreyalı idmançılarla bağlı əvvəllər belə vəziyyət yaranıb. Sseskitoleko ənənəvi təcrübədən istifadə edə bilər. Yaponiyada afrikalı idmançının şansı dəyərləndirmək qərarına gəldiyini düşünürlər.

Tokio Yay Olimpioya Oyunları 2020-ci ildə keçirilməliydi. Amma qlobal böhran vəziyyəti dəyişdi. Olimpiadanı 2021-ci ilə keçirməli oldular. Yarışın iyulun 23-də start götürməsi nəzərdə tutulub. Yay Olimpiya Oyunları avqustun 8-də başa çatmalıdır.

Yaponiyada əhalinin nəzərəçarpan hissəsi yarışın burada keçirilməsinin əleyhinə çıxır. Yaponlar indi ölkənin belə yükü üzərinə götürməsini istəmir. Yarışın keçirildiyi günlərdə etiraz aksiyalarının olması mümkündür.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »