Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ASAN növbələrdə keçən ömür...
Asan xidmət

...Növbəti dəfə Koroğlu metrostansiyasına yaxınlıqda yerləşən 5 saylı ASAN Xidmətə getmək. 5 dəqiqəlik işi həll etmək üçün az qala 5 saat itirmək.

Əvvəlcə maşını saxlamaq üçün ASAN Xidmət Mərkəzinin ətrafında dörd dolanmaq - bir saata yaxın vaxtından könüllü imtina etmək. Birtəhər yer tapıb saxlamaq. Sonra parklanmaya baxan açıq yaşıl jiletli adamları axtarmaq. Maşını evakuatorun götürüb-götürməyəcəyini soruşmaq.

Sonra içəri daxil olmaq. Yoxlanışdan keçmək üçün növbədə durmaq. Növbən yetişəndə dəmir əşyalarını çıxarıb nəzarət masasına qoymaq üçün növbə gözləmək. Yoxlanış aparatından keçmək üçün növbədə durmaq. Keçib əşyalarını götürmək. Sonra növbə nömrəsi almaq üçün növbədə durmaq. Nömrə alıb sənə lazım olan xidmət bölməsinə getmək. Orda növbəni gözləmək. Sənə sarı yapışqanlı kağızda yazıb versinlər ki, 72 manat banka ödəməlisən.

Gedib banka növbədə dayanacaqsan. Üç masadan ikisi işləyir. Orda ayaq üstə dayanmaq. Müştərinin sənədində nəyisə başa düşməyən xəzinədar qızın harasa zəng edib nəyisə soruşması. Sonra durub arxadakı şüşə arakəsməli otağa getməsi. Sən növbədə gözləyirsən. Sonra həmin qızın yerinə qayıdışı. Təzədən kiməsə zəng edib xısın-xısın nəsə soruşması. Sənin səbrinin tükənməsi. Etiraz edəcəksən. Orda arakəsmənin arxasındakı otaqdan bir oğlanın çıxıb: "Müəllim, bir az səbrli olun" deməsi. Arxanda dayanan müştərinin xəzinədar qıza: "Nəsə problem var?" sualına sıfır diqqət. Xanım qızın təzədən qalxıb yanımızdan keçib əmlak sektoruna yaxınlaşması, orda bir işçi ilə sənədi göstərib xısınlaşması. Sonra təzədən qayıdıb baş tərəfdəki masada oturan oğlanla nəsə danışması. Ona da sənədi göstərməsi. Bizim: "Nə oldu? Gəlin, çıxın da" nidamızın eşitməməzliyə vurulması. Xəzinədar qızın gəlib öz sırasndakı başqa xəzinədar qızla yenə xısınlaşması, sənədi oxuyub nəsə soruşması. Sonra yerinə keçib oturması. Narazı müştərilərə göz süzdürməsi. Sonra sənədindən baş açmaqda çətinlik çəkdiyi müştəri ilə nəsə danışması. Sonra da yenə telefonla danışması. Cib telefonunu o biri qıza uzadıb nəsə deməsi. Sonra yerində oturması. Kompüterə uzun-uzadı baxması. Klaviaturanı taqqıldadıb vaxt öldürməsi. Hərdən o arxadakı arakəsmə otağa tərəf boylanması. Müştərilərin səbrinin lap daşması. Xəzinədarın biganə baxışlarla onları bir saniyəlik süzməsi. Narazı müştərilərdən birinin: "Deyəsən, day pul alanda da nazlanırlar" deyə ortalığa atdığı replika. Əsəblərin gərilməsi. O biri masada bizdən sonra gələnlərin artıq pulunu ödəyib getməsi. Bizim də onlara həsədlə baxmağımız. Nəhayət, sonuncu dəfə telefonla kiminləsə xısınlaşan xəzinədar xanımın müştəriyə: "Durun, o biri masaya keçin" komandası verməsi. Növbənin çatması. Xəzinədar qızın pulu alıb qəbz vermə prosesi. Sonra geri qayıtmaq. Qəbzi səni banka göndərən şəxsə vermək üçün növbədə durmağın. Qəbzi verib sənədi almağın. Dəhlizdə uzun və əsəbi növbələrin arasından keçib çıxışa doğru getmək. Orda iki gənc xanımın qarşını Ərəbzəngisayaq kəsməsi: "Xidmətimizdən razı qaldınızmı?" deyə soruşması. Sənin: "Yox, razı qalmadım" cavabından sonra sənə marağın kəskin azalması. Sadəcə, yaşını və təhsilini soruşmaları. ASAN Xidmət mərkəzindən çıxmaq...

Dərindən nəfəs alıb: "Ohh! Həyat varmış!" demək. Maşına minib redaksiyaya gəlmək.

Bu qədər ASAN...

Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »