Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və Çin prezidentləri arasında hansı məsələlər müzakirə olunub...
Rəcəb Tayyib Ərdoğan və Si Tsipin

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin Xalq Respublikasının prezidenti Si Tsipin arasında telefon danışığı baş tutub. Tərəflər bu telefon danışığı zamanı bir çox məsələlərə toxunub ki, onlar da ikitərəfli əlaqələrin inkişafı baxımından olduqca vacib hesab edilir. Hər iki ölkə başçısı arasında ikitərəfli münasibətlərə aid olan qarşılıqlı ticarət dövriyyəsinin artırılması, iqtisadi, ticarət, səhiyyə, nəqliyyat, investisiyaların qoyuluşu və s. məsələləri, eyni zamanda regional məsələləri də müzakirə etdilər”.

Bu fikirləri siyasi şərhçi Samir Hümbətov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Çin prezidenti ilə telefon danışığı zamanı həmçinin uyğur türkləri məsələsinə toxunaraq bildirib ki, Çinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və uyğur türkləri də digər Çin vətəndaşları ilə eyni haqq və vətəndaşlıq hüququna malik olmalıdır.

Samir Hümbətov Samir Hümbətov

“Türkiyə prezidentinin indiki zamanda Çin prezidenti ilə belə əhatəli telefon danışıqları aparması əlbəttə ki, təsadüfi deyil. Öncə onu qeyd etmək olar ki, verilən statistikalara görə 2020-ci ildə Türkiyə və Çin arasında ticarət dövriyyəsinin həcmi 24 milyard dollar təşkil etmişdir. Təbii ki, əvvəlki illərə nisbətən tərəflər arasında 7% ticarət dövriyyəsi azalsa da, 2020-ci ildə pandemiyanın güclü olduğu zamanda belə nəticənin əldə olunmasını kifayət qədər böyük nəaliyyət hesab etmək olar. Eyni zamanda 2019-cu ildə Çindən Türkiyəyə 460 min turis səfər etdiyi halda, 2020-ci ildə Çindən Türkiyəyə gələn Turistlərin sayı 1 milyondan artıq olmuşdur. Türkiyə həmçinin Çində Sinovac vaksininin də əsas alıcılarından biridir”.

Siyasi şərhçinin sözlərinə görə, "Bir kəmər, bir yol" layihəsi Çin üçün vacib əhəmiyyətə malik və həmçinin kifayət qədər qlobal əhəmiyyətli layihə hesab olunur.

“Bu mənada Çin sözügedən layihənin keçdiyi ərazilərdə nəqliyyat-infrastruktur layihələrin yenidən qurulması ilə yanaşı, həm də təhlükəsizliyinin təmin olunmasında da maraqlıdır. Ona görə də gələcəkdə Türkiyənin Əfqanıstandakı fəaliyyəti Çin üçün böyük əhəmiyyətə malikdir. Görünən odur ki, Türkiyənin Əfqanıstandakı misiyası Çin üçün də vacib əhəmiyyətə malikdir. Gedən proseslərdən belə qənaətə gəlmək olar ki, Türkiyənin regionda varlığını qoruması regiona stabillik gətirə bilər ki, bu da Çinin iqtisadi mənfəətlərinə müsbət təsir göstərəcək.

Türkiyənin Əfqanıstandakı missiyanı Pakistanla birgə həyata keçirmək istəyi və Çin-Pakistan əlaqələrini təhlil etdikdə regionda baş verənləri əvvəldən yazılmış ssenariyə oxşatmaq olar.

Çin üçün önəmli olan həyata keçirmək istədiyi iqtisadi layihələrin daha təhlükəsiz şəkildə təmin olunmasıdır”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Canlı yayımda intihar cəhdi - Video
Son xəbərlər
Bütün xəbərlər »