Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Fransalı investorlar Qarabağa buraxılmamalıdır”
Xankəndi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edəcək. Bu barədə Şarl Mişelin mətbuat katibi Barend Leyts “Twitter”də bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan və Azərbaycanla münasibətlərini gücləndirmək niyyətindədir.

“Bunun üçün Aİ Şurasının Prezidenti iyulun 16-18-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyan və Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşlər keçirəcək.

İyulun 19-da Şarl Mişel Batumi beynəlxalq konfransında iştirak edəcək və Gürcüstan Prezidenti Salome Zurabaşvili, Baş nazir İrakli Qaribaşvili, Moldova Prezidenti Maya Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək”, - deyə Aİ Şurasının Prezidentinin sözçüsü bildirib (APA).

Şarl Mişelin regiona səfəri nələr vəd edir? Xüsusilə də, Azərbaycan-Avropa əlaqələri deyərkən, dha çox iqtisadi əlaqələr ağla gəlir. Bəs bu iqtisadi əlaqələr hansı vəziyyətdədir və bu əlaqələrin daha yaxşı səviyyəyə gəlməsi üçün, nə kimi addımlar atılmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan millət vəkili, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında yetərincə yüksək əlaqələr var.

Vahid Əhmədov - Deputat Vahid Əhmədov

“Bu əlaqələr xüsusilə enerji sektorundadır. Azərbaycanın ixracatında ikinci yerdə Aİ üzvü olan İtaliya tutur. Təbii ki, hazırda iqtisadi münasibətlər əsasən neft-qaz sektoru üzrədir. Azərbaycandan kənd təssərüfatı məhsullarının ixracatı üzrə Avropa ölkələrinin payı elə də çox deyil. Lakin ümid edirəm ki, bu istiqamətdə də hər hansı addımlar atılacaq”, - deyə V.Əhmədov qeyd edib.

Müxbirimizin “azad olunmuş torpaqlara avropalı investorların cəlb edilməsi necə baş tutacaq, hər hansı həvəsləndirici addımlara ehtiyac varmı?” sualına deputat belə cavab verib:

“Hazırda müzakirədə buna dair hər hansı qanun layihəsi yoxdur. Lakin həvəsləndirici tədbirlərə gəlincə, düşünürəm ki, azad olunmuş ölkələrə əsasən bizi 44 günlük müharibədə dəstəkləyən ölkələrin investorları buraxılmalıdır. Azərbaycanı açıq-aşkar təhdid edən, qərəzli mövqe sərgiləyən Fransanın şirkətlərini Qarabağa niyə buraxmalıyıq? Təbii ki, bu istiqamətdə əsasən Türkiyə və Pakistandan olan investorlarlara yer ayırılmalıdır”, - deyə millət vəkili əlavə edib.

İqtisadçı-ekspert Nemət Əliyev də o fikirdədir ki, Şarl Mişelin səfəri zamanı iqtisadi məqamlar, enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzusu olacaq.

“Əlbəttə ki, Şarl Mişelin səfəri çərçivəsində əsasən iqtisadi məsələlərin müzakirə olunacağını düşünürəm. Lakin onu da deyim ki, indiyə qədər olan əksər rəsmi səfərlər yalnız niyyət protokolları ilə yadda qalıb və sonrakı mərhələdə bəzi gözləntilər reallaşmayıb”, - deyə ekspert vurğulayıb.

Onun fikrincə, Azərbaycan hökuməti azad olunmuş torpaqlara avropalı investorların gəlişində maraqlı olacaq.

“Ehtimal edirəm ki, Azərbaycan tərəfindən bu məqamlara da toxunulacaq. Azad olunmuş torpaqlarda infrastrukturun yenidən bərpa olunmasında, yeni müəssisələrin yaradılmasında rəsmi Bakının maraqlı olacağını düşünürəm”, - deyə N.Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycanın ixracatında 80-85 faiz Aİ-nin payına düşür.

“Təəssüf ki, bunun da böyük hissəsi neft-qaz ixracatı üzrədir. Digər sahələr üzrə, xüsusilə də kənd təsərrüfatı üzrə Avropa ölkələri Azərbaycana yatırım etməkdə maraqlı görünmür. Həmçinin, bu istiqamətdə dövlət siyasətinin düzgün aparılmamasını da qeyd etmək lazımdır. Xarici investorları Azərbaycana gətirmək üçün, ilk növbədə onlar üçün münbit mühit yaratmaq lazımdır”, - deyə iqtisadçı vurğulayıb.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »