Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi ölkələrdə qadağan olunan sosial şəbəkə Azərbaycanda necə "at oynadır"...
Sosial şəbəkələr

“Tik-Tok” adlı sosial şəbəkə Azərbaycana gəlişi ilə bütün iyrənclikləri də özü ilə bərabər gətirdi. Sosial şəbəkə məlumat, informasiya yükü olmaqdan çıxaraq, əxlaqsız hərəkətlərin, uyuşdurucu vasitə satışının yuvasına çevrilib. Burada hər yaş kateqoriyasından olan insanlar var. Sosial şəbəkəyə nəzər saldıqda insan heyrətə gəlir. Sanki bu sosial şəbəkə istidafəçilərinin bir çoxu xəstəliyə düçar olub və əqli problem yaşayırlar.

“Tik-Tok” nəmənədir deyib bir baxış keçirdim. Gördüklərimdən sonra “Tik-Tok” məndə lap “tok vurmuş” effekti yaratdı. Qarşıma çıxan ilk videoda kök bir xala “mənəm-mənəm” deyən qızların oynaya bilməyəcəyi formada oriental oynayırdı. Düşündüm ki, bu yəqin başqa ölkənin vətəndaşıdır və “keşfet”ə düşüb deyə qarşıma çıxır. Sonra başqa videolarına baxdıqda məlum oldu ki, bu xala elə “təmiz” azərbaycanlıdır. Oynamaq təbii ki, ayıb iş deyil. Ancaq videolardakı hərəkətləri, danışdığı sözlər heç də nümunə götürüləsi deyildi. Lakin videolarının altındakı rəylər lap insanı şoka salır. Bu “gözəl”, “super”, “möhtəşəm” yazan insanların beyni həqiqətən nə ilə işləyir, anlaya bilmədim.

Bu sosial şəbəkə istifadiçələri arasında azyaşlıların da sayı az deyil. Məktəbli qızlar, oğlanlar real həyatın basqılarından qaçıb sanki burada özlərini təsdiq etməyə çalışırlar. Ardı-arası kəsilməyən videolarda bir dənə də olsun maraqlı, lazımlı məlumat qarşıma çıxmadı. Əksinə, yanlış yollara yönləndirən, gənclərin beynini yuyan fikirlərin təbliğatının aparıldığının şahidi oldum. Bəs insanların buraya axın etməsinin səbəbi nədir? Nədir insanları hipnoz olmuş kimi buraya çəkən?

Bəlkə də mental düşüncələrdən, kənar basqılardan, insanların qınaq obyekti olmaqdan bezənlər üçün “Tik-Tok” bir fürsət olub, düşüb əllərinə. Amma görünən odur ki, bu nəzarəti mümkün olmayan bəladan hansısa formada canımızı qurtarmalıyıq.

Hətta elə ölkələr var ki, Çinin bu proqramının istifadəsinə qadağalar qoyublar. Məsələn, Hindinstan Çinin bəzi mobil proqramlarından imtina edib və bunlar arasında “Tik-Tok” da var. Qərarın səbəbini isə “Çin mobil proqramlarının Hindistanın suverenliyi və bütövlüyünə, həmçinin təhlükəsizliyinə zərər verməsi” ilə izah ediblər.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »