Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis özünə cərimə yazdı: “Maaş almamışdım, kreditlə ödədim” - Foto
Tıxac, trafik

Polislərin hər bir vətəndaş kimi qanunvericiliyə hörmət etməsi vacibdir. Türkiyənin İzmir şəhərində hüquq-mühafizə orqanının əməkdaşı məhz belə davranıb. Urla bələdiyyəsinin ərazisində xidmət göstərən polis özünə cərimə yazıb.

Bizimyol.info xəbər verir ki, hadisə Necati Cumali caddəsində baş verib. Erkut Kocabıyık xidməti motosikletini səkinin üzərində saxlayıb. Buna vətəndaşlardan biri etirazını bildirib. Motosikleti səkinin üzərində görən bir qadın polis əməkdaşını məzəmmət edib. “Mənim oğlum olsa, cərimə yazardın”, - qadın belə deyib.

Erkut Kocabıyık özünü çox alicənab aparıb. O, qadından üzr istəyib. Kocabıyık dərhal özünə cərimə yazıb. Polis əməkdaşı özünü Türkiyə İnzibati Xətalar Məcəlləsinin 38/1 maddəsi ilə təqsirli bilib. Kocabıyık motosikletinin həmin yerdə fotosunu da çəkib.

Türkiyə İnzibati Xətalar Məcəlləsinin həmin maddəsinin pozulmasına görə 204 lirə (təxminən 51 manat) cərimə nəzərdə tutulub. Kocabıyık ilk imkandaca cəriməni ödəyib.

Hüquq-mühafizə orqanının əməkdaşı məsələnini ictimailəşməsinə görə kefini pozmayıb. Əksinə, bunu hadisələrin daha ədalətli inkişafı saydığını deyib. Kocabıyık təqsirli olduğunu, heç bir halda qanunu pozmağa haqqı çatmadığını dilə gətirib.

“Motosikleti harada saxladığıma diqqət yetirmədim. Birdən yaşlı bir qadının mənə xitabla nəsə dediyini eşitdim. Mənə dedi ki, dövlət məmurusan, belə davranış sənə yaraşmır. Haqlı idi. Deyirdi ki, sən motosikleti səkinin üzərinə çıxaranda gör başqaları nə edər. Oğlu elə etsə, cərimə yazardım fikri mənə lap pis təsir göstərdi. Qanun da təqsirli olduğumu deyir. Onu əmin etdim ki, özümü cəzalandıracağam. Cəriməni iş yoldaşlarımın gözünün qarşısında yazdım. Maaşa hələ bir gün qalırdı. Ödəyə bilməyəcəkdim. Buna görə kredit kartından istifadə etdim. Cərimə dömək də insana pis təsir edirmiş. Bunu da öz təcrübəmdə gördüm”.

Erkut Kocabıyık, Türkiyədə özünə cərimə yazan polis Erkut Kocabıyık

Hadisə sosial şəbəkələrin Türkiyə seqmentində böyük müzakirəyə səbəb olub. Yazılanlar arasında Kocabıyıkın ünvanına xeyli tərif görmək mümkündür. Şəbəkə istifadəçiləri hesab edir ki, polis əməkdaşını bağışlamaq olar. Hər halda təqsirini yaxşı anlayır. Cəriməni dərhal ödəməsi də yaxşı hal kimi qiymətləndirilib.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
››› Blogger Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »