Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni nəqliyyatın köhnə problemi
Bakubus

“Avtobusların hamısı yenilənmədiyi üçün hazırda nəqliyyatda kondinsioner problemi var. Hələ də bəzi xəttlərdə köhnə avtobuslar var. Onların əksəriyyətinin texniki parametrləri, müasir standartlara uyğun olmayan avtobuslar var ki, onlarda ümumiyyətlə konsinsioner sistemi mövcud deyil”

Bizimyol.info saytına müsahibə verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, əskikləri olan nəqliyyat vasitələrinə görə, sərnişinlər diskomfort yaşayır. Bu məsələnin tez bir zamanda həll edilməsinin qeyri-mümkün olduğunu vurğulayan ekspert bildirib ki, bu avtobuslar mərhələli şəkildə istismardan yığışdırılıb və yeni standartlara uyğun olanları ilə əvəz edilməlidir:

“Bəzən olur ki, kondinsioner olan avtobuslarda sürücülər kondinsioneri özləri bilərəkdən açmırlar. Bu barədə Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müraciət etmək lazımdır. Agentlik bu avtobusları ciddi nəzarətə götürüb tədbirlər görməlidir. Kondinsioner isitmə-soyutma sistemi elə tənzimlənməlidir ki, narazılıq yaşanmasın. Hava soyuq olanda nəqliyyat isidilməli, isti olanda soyudulmalıdır. İqlim şəraiti onu deməyə əsas verir ki, daha bu tarixləri gözləməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, sərnişinlər hazırda bir çox şəhərdaxili avtobuslarda kondinsioner sisteminin işləməməsindən şikayət edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »