Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ və Almaniya Rusiyanı regiondan sıxışdırmaq istəyir”
Kreml, Moskva, Rusiya

ABŞ paytaxtında prezident Co Bayden və Almaniya kansleri Angela Merkel arasında Vaşinqton Qətnaməsi imzalanıb.

Qətnamədə ABŞ və Almaniya arasında qarşılıqlı əməkdaşlıq məsələri ilə yanaşı, NATO çərçivəsində sıx birgə fəaliyyət, NATO-nun şərq sərhədlərinin təhlükəsizliyi, demokratiyanın təşviqi, habelə repressiyalara və vətəndaş cəmiyyətinə hücumlara qarşı birgə mübarizə əksini tapıb.

Co Bayden özünün mətbuata açıqlamasında bildirib ki, sözügedən qətnamə ABŞ və Almaniyanin demokrtaiya prinsiplərinə sadiqliyini vurğulayır: “Biz bu prinsiplərdən yola çıxaraq bu gün və sabah olacaq çağırışlara qarşı birgə addım atacağıq”.

O, Çinin dünyada vətəndaş cəmiyyətlərinə zərbə vurmağa çalışdığını qeyd edib, həmçinin birgə qətnamənin “NATO-nun şərq cəbhəsində Rusiya aqressiyasına qarşı birgə mübarizəni” ehtiva etdiyini deyib.

Amerika prezidenti Rusiyanın “Şimal axını – 2” vasitəsilə Rusiyanın Qərbi Avropa ölkələrinə təzyiq göstərməyə də çalışdığını və buna imkan verməyəcəklərini deyib.

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan politoloq Elşən Manafov bildirib ki, Tramp dövründə ABŞ “Şimal axını -2” layihəsinin gerçəkləşməsinə mane olmağa çalışırdı, lakin hazırda belə bir maneçilik müşahidə olunmur.

“Rusiya qazı Avropa üçün lazımlıdır və bu enerji layihəsinin böyük əhəmiyyəti var. Nə Almaniya, nə də digər Avropa dövlətləri bundan vaz keçməyəcək. Lakin Qərb də ondan narahatdır ki, Rusiya bu layihə vasitəsilə Avropaya təzyiqlər göstərəcək”,- deyə E.Manafov bildirib.

E.Manafovun sözlərinə görə, Vaşinqton qətnaməsi 1990-cı illərin əvvəllərində Rusiya ilə əldə olunmuş bütün razılaşmaların üstündən xətt çəkdi.

“Görünür ki, bundan sonra NATO daha çox şərqə genişlənmə yolu götürəcək və Rusiyanı regiondan tam sıxışdırmağa çalışacaq. Həmçinin, Əfqanıstan və Orta Asiyada güclənməkdə olan Çin faktoru da ABŞ-ı narahat edir”, - deyə E.Manafov qeyd edib.

Cənubi Qafqaz regionuna da toxunan politoloqun sözlərinə görə, Cənubi Qafqaz regionunda NATO üzvü Türkiyənin fəallaşması da müsbət haldır, lakin bu məsələyə NATO-da birmənalı yanaşmırlar.

“Son zamanlar Fransa bu regionda aktivləşib və açıq-aşkar Türkiyəyə, Azərbaycana qarşı qərəzli yanaşmalar hiss olunur. ABŞ və Almaniyanın bu mövqeyi bölüşdüyünü hesab etmirəm. Bəli, ayrı-ayrı zamanlarda Almaniya ilə Türkiyə arasında gərgin münasibətlər olub. Lakin Merkel hökuməti müəyyən məqamlarda kompromisin tərəfdarıdır. Düşünürəm ki, Almaniya oyunçu olaraq Cənubi Qafqazda da fəallaşacaq və Fransadan fərqli olaraq, region ölkələri ilə münasibətdə balanslaşdırılmış addımlar atmağa çalışacaq”, - deyə E.Manafov əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »