Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin müddəti uzadıldı
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi

Azərbaycan Qoşulmama Hərəkatına daha bir il sədrlik edəcək. Azərbaycan bu Təşkilata 2019-cu ildə sədrliyi öz üzərinə götürmüşdü. Azərbaycanın sədrliyi bütövlükdə dünya üçün, o cümlədən, Azərbaycanın özü üçün də çox ciddi sınaqlar dövrünə rast gəldi. Bəlkə də Azərbaycandan qat-qat daha böyük, daha güclü bir dövlət bu sınaqlardan çıxa bilməzdi.

Söhbət COVID-19 yeni tipli koronavirus infeksiyasının yayılmasından, onun artaraq qlobal pandemiyaya çevrilməsindən gedir. Azərbaycan da bütün başqa ölkələr kimi koronavirusla mübarizə aparmağa məcbur qaldı. Eyni zamanda 120-dən çox dövləti birləşdirən Qoşulmama Hərəkatını sədri kimi əlavə məsuliyyəti və öhdəlikləri vardı. Burda Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri də koronavirus dalğasında yaranmış, pandemiyanın özü qədər təhlükəli və acımasız olan “peyvənd millətçiliyi” oldu. Bu, qlobal “pandemiya dezinteqrasiyası” dalğasını yaratdı. Bir-biri ilə sıx iqtisadi, siyasi, hətta hərbi bloklarda birləşmiş böyük dövlətlər əvvəlcə bir-birindən tibbi maska gizlətməyə, müsadirə etməyə başladılar. Sonrakı mərhələdə isə peyvəndəsirgəmə halları geniş vüsət aldı.

Belə bir şəraitdə Azərbaycan həm özünü qorumalı, həm də sədri olduğu Qoşulmama Hərəkatına üzv olan 100-dən çox dövlətin maraqlarını müdafiə etməli olmuşdu. Belə addımlardan biri məsələnin əvvəlcə Qoşulmama Hərəkatının özünün gündəminə daşımaq, ikincisi, ən mühümü, Birləşmiş Millətlər Təşkilatı kimi daha geniş beynəlxalq platformada müzakirəyə çıxarılması idi. Prezident İlham Əliyev COVlD-19 ilə bağlı qlobal təşəbbüslərin müəllifi oldu; BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etdi. Daha sonra BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsü ilə bağlı məsələ qaldırdı, müzakirə istədi. Qətnamə qəbul edilməsinə nail oldu. Bu, təkcə Azərbaycanın özünün deyil, Qoşulmama Hərəkatının nüfuzunun və təsirinin artmasına səbəb oldu. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr edilmiş sammitinə Təşkilatın tarixində ilk dəfə Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də qoşuldu və çıxış etdilər. Bu da Azərbaycanın böyük diplomatik-siyasi uğurlarından biri oldu. Çünki bununla Azərbaycan bir neçə nəticəni ortaya qoydu: birincisi, pandemiya ilə bağlı qlobal inteqrasiyadan dezinteqrasiyaya doğru başlamış mənfi prosesin qarşısını almaq üçün addımlar atdı, ikincisi, özünün dünya birliyinə inteqrasiyasının sürətləndirdi; üçüncüsü, sədrlik etdiyi təşkilatın bu prosesdə daha fəal iştirakına nail oldu. Beləliklə, Qoşulmama Hərəkatının sədri olduğu müddətdə təkcə Azərbaycanın nüfuzu artmadı, həm də özü ilə bərabər Qoşulmama Hərəkatının da nüfuzu və təsiri artmış oldu. Bir neçə il öncə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman da təmsil olunduğu qurumun avtoritetinin artmasına öz töhfəsini vermişdi. Eyni diplomatik passionarlığı Azərbaycan öz Prezidentinin timsalında Qoşulmama Hərəkatında da göstərdi.

Bundan başqa Azərbaycan Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərə pandemiya ilə mübarizədə maliyyə və humanitar yardımlar göstərdi. Bu kimi addımlarla Azərbaycan inteqrasiyanın – dövlətlərlə münasibətlərin və təşkilatlarda üzvlüyün yalnız diplomatik-deklarativ formasından imtina olunmasının bir modelini yaratdı; istər ikitərəfli qarşılıqlı münasibətlərə, istərsə də, çoxtərəfli əməkdaşlığa əməli-humanitar yanaşma gətirdi. Beynəlxalq siyasi münasibətlərə mühüm bir yenilik, yeni çalar qatdı.

Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər də Azərbaycanın bütün bu səylərini yüksək qiymətləndirdi; Hərəkata sədrlik daha bir il də Azərbaycana həvalə olundu; ölkəmiz bu Təşkilatda 2023-cü ilin sonuna qədər sədrlik edəcək. Bu da Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması baxımından mühüm nəticədir.

Orxan, Bizimyol.info

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, onlayn media subyektlərinə (veb-saytlara) maliyyə yardımı müsabiqəsinin şərtlərinə uyğun olaraq, “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri ilə, digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »