Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qaraçuxurdakı köçkün yataqxanasının su təchizatı tezliklə bərpa ediləcək

Redaksiyamıza Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev 1 ünvanında yataqxanada yaşayan məcburi köçkünlər tərəfindən şikayət daxil olub.

Şikayətdə deyilir ki, iki gündür “Azərsu” əməkdaşları yataqxanın suyunu kəsib. İllərdir burda yaşayan məcburi köçkünlərin su pulu dövlət tərəfindən ödənilir. Su kəsildiyindən yataqxananı üfunət qoxusu bürüyüb. Çünki, burda məskunlaşan onlarla ailə bir tualet və bir hamamdan istifadə edir. Yay günündə onlarla ailənin sığındığı yataqxanada 2 gün suyun gəlməməsinin ne demək olduğunu təsəvvür eləmək çətin deyil.

Şikayətçilərin müraciəti əsasında "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.

Anar Cəbrayıllı Anar Cəbrayıllı

Anar Cəbrayıllı məsələni araşdırdıqdan sonra bildirdi ki, yataqxananın su xətti yaxınlıqda yerləşən idarənin su xətti ilə eyni olduğu və idarənin su borcları səbəbilə problem yaranıb. Hazırda yataqxana binası ilə həmin idarənin su xətlərinin ayrılması üzərində iş getdiyi üçün müvəqqəti narahatlıq yaranıb. Su təchizatı tezliklə təmin ediləcək.

İlhamə Rəsulova

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »