Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu, səfirlərin Şuşa səfərinə cılız cavab idi"
Şuşa şəhəri

Son günlər Qarabağda baş verən təxribatların artması fonunda Azərbaycanın da “sənin demək olar ki, bütün torpaqların mənə məxsusdur” açıqlamaları eşidilir və bu cəmiyyətimizi məmnun edir. Baş verən son hadisləri Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılovla müzakirə edirik.

- Ermənilərin bizi davamlı təhrik etmələri 44 günlük müharibə ilə nəticələndi. Yenidən təxribatlarla baş qaldırıblar və Prezident İlham Əliyev “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. İndi bütün kommunikasiyalar açılandan sonra, əlbəttə, biz qayıdacağıq və Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq” şəklində bəyanat verdi. Bu yeni bir “dəmir yumruq”, yeni bir savaşın anonsuydumu?

Tural İsmayılov Tural İsmayılov

- Cənab Prezident bəyan etdi ki, Azərbaycan hər an müharibəyə hazır olmalıdır və Ermənistan sülh danışıqlarına razı olmasa, regionda yaranan yeni şərtləri qəbul etməsə, dəmir yumruğu yenə görəcək. Cənab Prezident belə açıqlamaları əvəvllər də bildirmişdi, amma 2 gün öncə konkret şəkildə bəyan etdi ki, bəzi dairələrdən Ermənistanın sülh sazişini imzalamaq istəmədiyinə dair məlumatlar daxil olur. Ermənistanın sülh sazişini imzalamayacağı tədiqdə bizim başqa alternativimiz qalmır. Biz 30 il ərzində sülh yolu ilə həllə çalışdıq. Nəticə əldə etmədik. Heç kim haqqın yanında yer almadı. Zəngəzur dəhlizinin açılması, terrorçuların Qarabağdan çıxarılması ilə bağlı problemlər var, mülki qiyafətdə terrorçular Qarabağa keçir və təxribat aparır. Bütün bunlar antiterror əməliyyatlarına səbəb verir.

- Biz fürsət verdik, seçki keçirdilər, Laçından, Kəlbəcərdən çıxmaqlarına artıqlamasıyla zaman verdik, mina basdırdılar, yumşaq davrandıq, terrorçuları çıxarmadılar. Üstəlik, döyüş taktikamızı bildilər, yəni müharibəyə qədər dronlardan istifadə olunacağını kimsə bilmirdi. İndi bütün bunlara hazırlıqlıdırlar.

- Belə deyək, bir insanın xarakterini bəyənsən də, onun kimi ola bilməzsən. Ermənilər bilsələr də, hərbi arsenalımız barədə təsəvvürləri yoxdur.

- Məncə təsəvvür var, artıq.

- Təsəvvür hələ hər şey demək deyil. Bu günə qədər bütün erməni liderlər ordu ilə bağlı yüksək fikirlər söyləyirdilər, amma biz 44 günlük müharibədə onların ordusunun səviyyəsini gördük. Komandan və generallar hərbi hissələri qoyub qaçdılar, əsgərləri qaçmasınlar deyə səngərlərə zəncirləyirdilər. Erməni cəmiyyəti növbəti müharibəni istəmir. Xalq Paşinyanı müharibə istəmədiyinə görə seçdi.

- Bununla belə, yenə məğlub ölkə ritorikasında deyillər. Makronun yenidən Ermənistana gələcəyi deyilir və digər güclər də dəstəklərini müxtəlif formalarda ifadə edirlər.

- Azərbaycanın regional gücə çevrilməsi sözsüz ki, bir çox dövlətlərin xoşuna gəlmir. Fransanın, eləcə də Makronun Ermənistanı dəstəkləməsi yalnız diasporun xidməti deyil, regionda güclənən Azərbaycan faktoru, qlobal gücə çevrilmiş Türkiynin bizimlə siyasi və rəsmi tərəfdaşlığı çoxlarına narahatlıq verir. Azərbaycan Ermənistanı kimin dəstəkləməsindən asılı olmayaraq həmişə öz iradəsini ortaya qoyub. Zəngəzur dəhlizi məsələsindən boyun qaçırarsa, biz növbəti dəfə dəmir yumruğu göstərməli olacağıq.

- Biz rəsmi səviyyədə də elə cəmiyyət olaraq da daima deyirik ki, sülhməramlılar öz vəzifələrini yerinə yetirməlidirlər. Qanun və bağlanmış saziş bunu deməyə haqq verir. Sosial şəbəkələrdə Türkiyə sülhməramlıları ilə də bağlı fikirlər səsləndirilir. Rusların bölgədə daha çox fəal olduğnu dilə gətirirlər.

- Rusiya sülhməramlıları sazişin müddəalarına əməl edilməsinə daha çox cavabdehlik edir. Çünki 3 tərəfdən biridir. Eyni zamanda Laçın dəhlizində nəzarət rusların əlindədir. Orada ermənilərə ev, bağça tikmək əvəzinə birbaşa hərbi vəziyyətə nəzarət etməliydilər, separatçıları çıxarmalıydılar. Paşinyan hansı haqla əmr imzalayıb öz köməkçisini Qarabağa göndərir? Bütün bunlara Rusiya nəzarət eləməlidir, cəmiyyət olaraq böyük gözləntilərimiz və narazılığımız var. Qaldı ki, Türkiyəyə, əsla vəziyyətə səssiz qalmır. Ağdamda vəziyyətə nəzarət edir. Şuşaya ilk rəsmi səfər edən xarici dövlət başçısı da Ərdoğan oldu, konsulluğun açılacağını bildirdi, hər bir addımda dətəkləyəcəyini dedi, bundan böyük nə dəstək ola bilər? Cənab İlham Əliyev tərəfindən irəli sürülmüş altılı platformanın önəmini də Ərdoğan vurğulayır, Türkiyə səssiz deyil, yanımızdadır. Sadəcə, biz hadisələrə soyuq başla yanaşmalıyıq. Ermənistan hansısa təxribata əl atırsa, Türkiyə durub ora bomba atası deyil. Şuşa bəyannaməsi bizim strateji əməkdaşlığımızın zirvəsidir, bütün deyilənlərə cavabdır.

- 44 günlük müharibəyə qədər biz xalq olaraq düşmən deyib Ermənistanı görmüşük. Böyük siyasətçilər bilsə də, sadə xalq əslində Qarabağın Ermənistanın yox, böyük güclərin marağında, işğalında olduğunu bu dərəcədə aydın görmürdü. Bu gün regiona dişini qıcamış bütün dövlətləri biz maskasız şəkildə Qarabağ müharibəsi zamanı görə bildik. Dünyanın diqqəti Qarabağa yönəldi, böyük, gizli layihələr gün işığına çıxdı. Yaxın 10 ildə sabitlik əldə edilə biləcəkmi? Çünki bu yaranın qanamasında, münaqişənin davam etməsində maraqlıdırlar.

- Münaqişə bitib, Dağlıq Qarabağ ifadəsi yoxdur. Artıq böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Ermənistanın sülhdən başqa yolu qalmayıb, onsuz da dalan, forpost dövlət idi, müharibədə də bütün resursları tükəndi. Ermənistan statistika komitəsinin ötən həftə verdiyi açıqlamaya görə, ölkədə ölənlərin sayı yeni doğulanların sayından dəfələrlə çoxdur. Əhali ölkədən getməyə üstünlük verir. Sülhdən başqa yolları yoxdur. Bayaqdan böyük Ermənistan nağılı ilə xalqın başını aldada bilirdisə, indi asılı dövlət oldğunu açıq etiraf edir. Bu rəzil vəziyyətlə yaçamaqla uzun müddət davam edə bilməzlər, kommunikasiyaların açılmasına ehtiyac var. Sülh sazişindən başqa alternativi yoxdur. Ölkədə qalan milyon yarımlıq əhalini qorumağın yolu sərhədləri açmaq, kommunikasiyaları bərpa etməkdir.

- Təxribatı Rusiya edir, ya Ermənistan? Şuşa ürəyimizdir, bu dəfə ürəyimizi nişan alırlar.

- Atəş açılmasının, təxribatın arxasında Rusiyanın dayandığını deyənlər populistlərdir. Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Üstəlik, sülhməramlılarla bağlı bizim narazılığımız varkən bunu etməyin özlərinə quyu qazmaq olduğunu demək olar. Atəşin açılması Rusiyaya sərf etmir, həm də elə bir situasiya yoxdur k, bu Rusiyaya sərf etməsin və terrorçulara atəş açmağı tapşırsın. Bu, səfirlərin Şuşa səfərinə terroçuların cılız cavabıdır. Real nəticə bir iki güllə ilə deyil, böyük savaşda əldə edilir. Hətta 3-cü dövlətdən dəstək alsalar belə, ermənilərin yaxın 10 ildə bellərini dikəldib, savaş edəcək gücləri yoxdur.

İlhamə Rəsulova

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »