Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avrora Qrup” jurnalistlər üçün təlim təşkil edib
“Avrora Qrup” jurnalistlər üçün təlim təşkil edib

Avrora Qrup “Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutaraq online media nümayəndələri üçün 15 iyul tarixində “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təlim təşkil edib.

Bizimyol.info xəbər verir ki, online media nümayəndələri üçün təşkil olunan təlim Hilton oteldə bir tam gün ərzində həyata keçirilmişdir. Layihənin məqsədi Azərbaycanda online media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlıqlarının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsində doğru istiqamətlər barədə məlumatlandırılması olub.

Təlim zamanı jurnalistlər günün trendləri olan açar sözlərdən istifadə, sosial şəbəkələrdə reklam, məlumat axtarış sistemlərində ilk sıralarda çıxma, ödənişsiz yollarla aktiv oxucu qazanmaq metodları və digər mövzularda məlumatlar əldə etmişdir.

Müasir trendləri və texnologiyadakı yenilikləri nəzərə alaraq hazırlanmış təqdimat əsasında peşəkar təlimçilər Samir Mehdi və Turqut Həmid təlimdə iştirak edən jurnalistlərlə öz təcrübələrini də bölüşüb.

“Avrora Qrup” jurnalistlər üçün təlim təşkil edib

Təlimimin sonunda təşkilatçı Avrora Qrup şirkəti tərəfindən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.

Bizimyol.info

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› “Türkiyədəki yanğınlarda xarici kəşfiyyatların da barmağı var”
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
Son xəbərlər
Bütün xəbərlər »