Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Elə gün olmur ki, Rusiyanın həmlələri ilə qarşılaşmayaq"
Kreml, Moskva, Rusiya

Litva-Belarus sərhədində yaşananlar daha böyük miqyası əhatə etməyə başlayıb. Avropa açıq-aşkar bu istiqamətdə miqrant axınının qarşısını ala bilmir. Əvvəl təkcə Belarus vətəndaşları Litva ilə sərhədə üz tuturdusa, indi burada Asiyadan, Afrikadan gələnləri də görmək mümkündür.

Bizimyol.info xəbər verir ki, Baltikyanı ölkə miqrant böhranına görə Rusiyanı ittiham edir. Litvanın Xarici İşlər naziri Qabrielyus Landsberqis Kreml barədə əcnəbilərin sərhəddən keçməsinin təşkili ilə bağlı ittiham səsləndirib. Nazirin fikrincə, Rusiyanın bu işdə barmağı var.

Landsberqis miqrantların əvvəlcə Minskə gəldiyini, sonra isə Litva ilə sərhədə göndərildiyini bildirib. Xarici İşlər naziri Rusiyanın böhranı Əfqanıstandakı maraqları üçün istifadə etdiyini düşünür. Çünki sərhədi keçmək istəyənlər arasında Asiya ölkəsindən xeyli insan var. Bundan başqa, İraqdan, Afrika ölkələrindən gələn də çoxdur.

“Qərb qoşunları Əfqanıstanı tərk edəndən miqrant axınına start verilib. Elə gün olmur ki, Litva hökuməti Rusiyanın həmlələri ilə qarşılaşmasın”, - diplomat belə deyib.

Qərb mətbuatı da miqrant böhranı ilə bağlı ardıcıl reportajlar hazırlayır. Reportajlardan birində Əfqanıstan vətəndaşı Minskdə xüsusi təyin olunmuş adamlara 1400 dollar ödədiyini etiraf edir. Bağdaddın gələn başqa miqrant isə 1500 dollar xərci çıxdığını deyir. İraqlının sözlərinə görə, onu sərhədə qədər yola salıblar. Sonra kiçik bataqlığı keçərək Litva tərəfə adlayıb.

Litva iyulun əvvəlindən miqrantlara qarşı mübarizə aparır. Onlar sərhədi müxtəlif yollarla keçməyə çalışır. Litva miqrantların qarşısının alınması üçün bütün mümkün vasitələrdən istifadə edir. Sərhədin bir çox yerlərinə tikanlı məftillər çəkilib. Litva sərhədçiləri iyulun 2-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Ordu miqrant axınının qarşısını almaq üçün bütün gücünü səfərbər edib.

Baltikyanı ölkə Belarusla sərhəddə baş verənləri fövqəladə vəziyyət kimi qiymətləndirir. 2020-ci illə müqayisədə miqrantların sayının 20 dəfə artdığı bildirilir.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »