Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycana qarşı oyunları Türkiyə pozacaq”
Türkiyə və Azərbaycan bayraqları

“Fransa prezidenti E.Makaronun Ermənistana gözlənilən səfəri Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdiddir. Ümumiyyətlə, bu səfər Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının başlanmasına mane olmaq və bu ölkədə revanşizmin qızışdırılmasına töhfə verməkdir”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, ilk növbədə belə bir həssas dönəmdə E.Makaronun İrəvanda verəcəyi mesajlar və səfərin nəticəsi birbaşa Ermənistan xalqının nəzəri cəhətdən razı salsada, strateji baxımdan əleyhinə işləyəcək. Çünki əhali N.Paşinyana səs verməklə ölkəni dərin siyasi-iqtisadi və sosial böhrandan çıxarmasını gözləyir.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Bu da təbii ki, Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasından keçir. Amma son günlərdə Ermənistan ətrafında cərəyan edən proseslər, Rusiya, ABŞ və Fransanın təhrikedici addımları Ermənistan hakimiyyətində sülhə deyil, böhranın davam etməsinə səbəb olub.

Rusiya Qarabağda qanunsuz erməni silahlı qüvvələri vasitəsilə təxribatlara rəvac verməsi, ABŞ dövlət katibi E.Blinkenin İrəvana zəngi Minsk qrupunun fəaliyyətinin bərpasını, əsir məsələsini müzakirə etməsi, hər üç ölkənin artıq Azərbaycana qarşı demarşıdır. Məqsəd hər üç ölkənin öz maraqları çərçivəsində ortaq yanaşmaya gətirib çıxarır. ABŞ və Fransa Ermənistana erməni lobbisinin vasitəsilə dəstək verərək, öz yanına almağa çalışır. Rusiya da öz geosiyasi maraqları çərçivəsində Ermənistana dəstək verir. Nəticədə, baş verənlər post-münaqişə dövründə sülh və əməkdaşlığa zərbə vurur.

Fransa prezidentinin Ermənistana səfərindən sonra, N. Paşinyan Azərbaycan və Ermənistan arasında atəşkəsin mütəmadi pozulmasına gedəcək. Sülhə hazır olmadığını elan edəcək. Bu, Ermənistanın maraqlarına deyil, Paris və Moskvanın maraqlarından çıxış etmək deməkdir. Göründüyü kimi, Ermənistan kimi kiçik və forpost, lobbididən asılı bir ölkədə demokratik seçkilər, xalqın inqilabına baxmayaraq müstəqil siyasətə və inkişafa nail ola bilmir”.

Siyasi şərhçinin sözlərinə görə, növbəti dəfə Mink qrupunun hər üç həmsədri Ermənistan və Azərbaycan arasında sülh imkanlarına zərb vurur.

“E. Makaronun bu səfəri böhranın qızışdırılmasına katalizator rolunu oynayacaq. Azərbaycan baş verənləri ciddi şəkildə qəbul etməli. Öz hərbi imkanlarinı inkişaf etdirməli, müharibəyə hazır olmalıdır. Bu ilin axırına kimi Ermənistanla hərhansı təmaslar baş tutmayacaq. 10 noyabr və 11 yanvar razılaşmaları qəsdən uzadılacaq. Çünki Rusiya burada maraqlı deyil. Ona görə ki, Moskva Azərbaycanı öz orbitində olmağa çalışır. Münaqişə başa çatsada, qəsdən regional əməkdaşlığın qarşısı alınır.

Rusiya və Fransa Türkiyənin Cənubi Qafqaz siyasətindən narazıdır. Əgər Ermənistan danışıqlara başlamasa, blokada aradan qaldırılmasa N.Paşinyanın islahatlar anonsu nəticə verməyəcək. Sonucda növbəti mərhələdə xalq onu devirə bilər.

Zəngəzur dəhlizinə gəldikdə isə, belə bir dəhlizin açılmasına Ermənistan danışıqlar yolu ilə getməyəcək. Qarabağda separtizm və silahli təxribatların inkişaf etməsi istisna deyil. Ona görə də Azərbaycanın yeni bir əks addımlar atması gözlənilir.

Azərbaycana təzyiqlər müsbət nəticələnməyəcək. Türkiyə bu oyunları pozacaq”,- deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »