Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik medallarla təltif olunan şagirdlərin sayını açıqlayıb
Ali məktəb - Tələbə

Bakı məktəblərinin qızıl və gümüş nişanla təltif olunan şagirdlərinin sayı açıqlanıb.

Bizimyol.info xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 8-i gümüş nişana layiq görülüb.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 60 (2 nəfər), 67, 86, 106, 111, 135, 149, 225, 244 (2 nəfər), 281 (2 nəfər), 287, 288, 314 nömrəli tam orta məktəblərin, 83, 220 nömrəli məktəb-liseylərin (4 nəfər) və Texniki Humanitar Liseyin şagirdləri qızıl, 60, 115, 215, 269, 326 nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-liseyin və 160 nömrəli Klassik Gimnaziyanın (2 nəfər) şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Medallar - Təhsil Nazirliyi

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »