Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağıllı telefonlara məğlub olan şüurlu insanlar...
Telefon, fotoaparat

Bir vaxtların yarı zarafat, yarı ciddi sualı var idi: “Adaya getsəniz, özünüzlə hansı 3 əşyanı götürərdiniz?” Bu sualı indiki dövr gənclərinə versək, yəqin ki, bir çoxları eyni cavabı verər: mobil telefon, adapter, “power bank”.

Bir vaxtlar uzaqdan-uzağa əlaqə saxlamaq üçün icad olunan və bizim üçün möcüzə kimi görünən bu telefonlar artıq həyatımızda elə bir yer tutub ki, onsuz özümüzü təsəvvür belə edə bilmirik. Gündəlik həyatımızda yemək yediyimiz, yol getdiyimiz, kimisə gözlədiyimiz və s. anlarda hər zaman telefon əlimizdədir. Telefon artıq əlaqə saxlamaq üçün vasitə olmaqdan çıxıb. Bu cihaz vasitəsilə bütün işlərimizi həyata keçirə, pul köçürə, kommunal xərclərimizi və s. ödəyə bilirik.

Texnologiyaların inkişafı təbii ki, bizim işimizi, həyatımızı daha da asanlaşdırmaq üçün yaxşıdır. Amma bir çoxlarımızda hər hansı işimiz olmasa belə, telefonun ekranını dəfələrlə açıb baxmaq artıq vərdiş, xəstəlik halını alıb. Hətta yatdığımız zaman da telefondan çox uzaqlaşa bilməyib başucumuza və ya yastığımızın altına qoyuruq. Müqayisəsi pis çıxsa da, deyəcəm: Sanki telefona zəncirlənmişik.

Həkimlər isə xəbərdarlıq edərək bildirirlər ki, gecə boyunca alacağınız radiasiya zamanla ürək xəstəliyi, təzyiq və s. yaradacaq.

Hazırda bütün dünyada döş vəzisi xərçəngi geniş yayılıb. Bunun ən böyük səbəblərindən biri radiasiya və mobil telefonlardır. Mobil telefonların belə bir xəstəlik yaratmaq üçün əsas risklərdən biri olduğu deyilir.

Araşdırmalara görə, 10 il ərzində gündə cəmi 17 dəqiqə smartfondan istifadə etmək belə şişlərin 60 faizə qədər inkişafına təkan verə bilər.

Hətta alimlər erkən yaşda mobil telefon və radiasiya yayan cihazlara məruz qalan uşaqların zəka inkişafının daha az olduğunu iddia edirlər. 12 yaşından etibarən inkişafın başlaması və 21 yaşına qədər davam etməsini araşdıran mütəxəssislər bu yaş aralığında mobil telefon istifadə etməməyi məsləhət görürlər. Tibb dünyası həyəcan təbili çalır ki, mobil telefon kişilərdə sonsuzluğa səbəb olur.

Bunlarla yanaşı mobil telefonlar eşitmə sinirlərini korlayır, görməni zəiflədir, mesaj yazmaq, ya da davamlı oyun oynamaq bilək və barmaq toxumalarını yorduğu üçün ağrılara səbəb olur və s.

Maraqlısı ondadır ki, ağıllı telefonların insan orqanizminə vurduğu saysız-hesabsız ziyanları, həkimlərin xəbərdarlıqlarını oxusaq, eşitsək də, telefonlardan uzaq dura bilmirik.  Bir sözlə, şüurlu insanlar ağıllı telefonlara məğlub olur.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
››› İyulun 26-na olan hava proqnozu
››› Tokio-2020: Azərbaycan təmsilçilərindən 10-u mübarizəni dayandırdı
››› Müsəlman idmançı israilli ilə qarşılaşmamaq üçün olimpiadadan imtina edib
››› Sürücünün halı pisləşdi, polis yardıma yetişdi - Foto
››› Şeyxdən ona ünvanlanan ittihamlara cavab
››› Heyrət, ey Şeyx... və ya üzrü günahından betər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »