Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“1988-ci ilə qədər Qaraqoyunlu dərəsi boyunca bir erməni belə yaşamamışdı“ - Şəfayət Avılbəyli
Qaraqoyunlu mahalından görüntü, Qərbi Azərbaycan

Artıq tarixi həqiqətlər danışır..

Ölkə başçısının Qərbi Azərbaycan - Zəngəzur mahalı, Göyçə mahalı ilə bağlı səsləndirdiyi "qədim torpaqlarımız, müqəddəs yurd yerimizdir" fikri Azərbaycanın tarixinə qarşı zaman-zaman edilmiş ədalətsizliklərin aradan qaldırılmasına işarədir.

Şəfayət Avılbəyli Şəfayət Avılbəyli

“Köç və işğal - Ermənistanın monoetnikləşdirmə siyasəti” mövzusunda onlarla elmi məqalənin müəllifi, Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli Bizimyol.info-ya açılamasında bildirib ki, nəinki Zəngəzur, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Ermənistan adlı qondarma dövlətə verilmiş bütün torpaqlarımız bizim üçün müqəddəsdir: “Mənim babalarımın yurdu Qaraqoyunlu mahalı da sovet hökümətinin əsassız qərarları əsasında Ermənistana verilib”. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra erməni havadarlarının təhkidi ilə Qazax qəzasında hərbi inqilab komitəsi yaradılıb. Bundan sonrakı proseslərə diqqət yetirildikdə görünür ki, yaradılmış inqilab komitəsi məhz Azərbaycanın qədim yurd yerlərinin parçalanmasına xidmət edib. Beləliklə, 29 noyabr 1920-ci ildə Ermənistanda sovet hökuməti qurulduqdan sonra Qazax qəzası ərazisinin tam yarısı 44,5%-i, o cümlədən qədim yaşayış məskənlərimiz Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican dərəsi, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri, həmçinin Əmirxeyir, Çaykənd, Gölkənd, Qaraqaya, Çıvıxlı, Bəryabad, Polad kəndləri də Ermənistanın tərkibinə verilib. O zaman sovet hökuməti Ermənistana verilmiş torpaqlarımızda Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaratdılar".

Şəfayət Avılbəyli bildirib ki, Qaraqoyunlu mahalı Azərbaycanın ikinci Qarabağı idi. Qaraqoyunlu dərəsi boyunca düzülən qədim yaşayış məskənlərimizdə 1988-ci ilə qədər bir erməni belə yaşamamışdı: "O füsünkar təbiətə malik olan Əmirxeyir, Bəryabad, Çaykənd, Gölkənd , Cıvıxlı, Polad kimi - adlarında min bir türk tarixini yaşadan məskənlərimiz sovet quruluşunun və sapı özümüzdən olan nankor bolişeviklərin siyasətinin qurbanı olublar.Bu kəndlər sovet dövründə və ondan əvvəlki dövlərdə ziyalılar yurdu kimi də məşhurdur. Zəngin təbiətə malik olan Qaraqoyunlu dərəsi Bala Əfəndiyev (1937-ci ilin repressiya qurbanlarındandır) kimi görkəmli dövlət xadimi, tanınmış filosoflar Həmid Əfəndiyev, Asif Ata, eyni zamnda AMEA–da uzun illər çalışmış görkəmli alim Həmid Əliyev, bəstəkar Rəşid Nəsiboğlu, Misir Mərdanov kimi elmin bütün sahələri üzrə sayılan alimlər, minlərlə ali təhsilli mütəxəssisləri yetirmişdir.

Təssüflər olsun ki, 1920-ci il sovet hökumətinin quruluşuda, 1988-ci ildən başlanan çöküşü və dağılmasıda Azərbaycan torpaqlarının itirilməsinə,eyni zamanda faciələrə gətirib çıxartdı. Lakin bu gün 2-ci Qarabağ savaşından sonra,ölkə başçımızın iradəsi və qətiyyəti nəticəsində böyük ümüidlər gerçəkləşir. Biz o torpaqlarımızın sahibiyik və Qarabağa necə qayıtdıqsa o yerlərədə o istək və amalla qayıdacağıq".

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »