Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan Azərbaycanın nəzarətinə verilməkdədir”
Zəngəzurdan görüntü (Gorus)

“Ermənistan tam şəkildə Azərbaycana təhvil verilməkdədir, biz bu ölkənin bütün potensial imkanlarını həll edəcəyik. Bu ölkənin regiona baxışını, bütün addımlarını Azərbycanın icazəsi olmadan müəyyən etmək olmayacaq”.

İnanılması çətin görünən bu proqnozu bizimyol.info-ya siyasi şərhçi Əziz Əlibəyli səsləndirib.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Bütövlükdə proses o istiqamətədə gedir ki, Rusiya ayrı-ayrı münaqişələrədən bəhrələnmək siyasətindən imtina edib gələcəkdə regiona ümumi nəzarəti daha rentabelli hesab edir. İmperiya siyasəti Rusiyanı iqtisadi baxımdan istismar elədi. Qoyulan sanksiyalar, qlobal böhranın vurduğu zərbələr fonunda Rusiya indi başqa siyasət yürütmək yolunu seçib. Ciddi maliyyəyə, iqtisadiyyatının gücləndirilməsinə ehtiyacı var. Təbii ki, ciddi şəkildə bütövlükdə faydalanmaq istəyi də var. Bu baxımdan Rusiyanın müharibədəki iştirakçılığı buna hesablanmışdı. Lakin indi balans dəyişib. Türkiyə, Pakistan amili var, geosiyasi maraqlar var. Azərbaycanın bu prosesdə qalib gəlməsi mütləq idi. Rusiya gördü ki, bu prizmadan baxanda onun faydalana biləcəyi ciddi imkanlar meydana çıxır. ABŞ-la toqquşmadadır və ciddi müttəfiqlərə ehtiyacı var. İndi baş verən proseslər, lokal toqquşmalar Rusiyanın marağında deyil. Rusiyanın marağındadır ki, regionda sülh təmin olunsun və iqtisadi fayda götürsün. Ermənistanın yük kimi Rusiyanın çiynində qalması Rusiyanı iqtisadi cəhətdən sümürür. Rusiyanın elə öz siyasəti ucbatından Ermənistan bu yolu öz dövlət siyasətinə çevirib. Rusiyanın Azərbaycana yönəlik siyasətində müsbət məqamların, dəhlizin açılmasına verdiyi dəstəyin, ölkələr arsında münaqişənin sülhlə əvəz olunması, iqtisadi fayda götürmyə yönəlmiş addımların kökündə bu yük, bu nüans dayanır. Tam və açıq şəkildə qeyd etmək lazımdır ki, Rusiya öz çiynindəki Ermənistan yükünü atmaq istəyir. İndi Rusiyaya güc, iqtisadiyyatına fayda verəcək dövlət Azərbaycandır. Mənəvi, maddi potensial güc Azərbaycandadır. Bu təcrübə Gürcüstan nümunəsində öz təsdiqni tapdı. Necə ki Gürcüstanı Azərbaycan öz verdiyi kommunikasiya dəstəyi ilə ayaqda tutdu, imperial maraqlar qarşısında məhv olmaqdan qorudu. Gürcüstan imperiya maraqları qarşısında məhv olmadı. Ermənistan tam şəkildə Azərbaycana təhvil verilməkdədir, biz bu ölkənin bütün potensial imkanlarını həll edəcəyik. Bu ölkənin regiona baxışını bütün addımlarını, Azərbycanın icazəsi olmadan müəyyən etmək olmayacaq”,- deyə ekspert qeyd edib.

Siyasət mövcud şəraitdə mümkün olanı əldə etmək sənətidir. Hazırkı durumda bu nəzarətin ölkəmizin əlinə verilməsi əlbəttə sərf edəndir, lakin unutmaq olmaz ki, Rusiyanın bu planı Ermənistana külli miqdarda maliyyə yatırıb, Paşinyanı hakimiyyətə gətirənlərin marağında deyil. Və o güclər Rusiyaya savaş açmağı bacardılarsa, xaosa düşmüş bir cəmiyyət olaraq bu yükün bizim üzərimizə atılmasının nə ilə nəticələnəcəyini zaman göstərəcək.

Hər bir halda dövlət başçısının Zəngəzur, Göyçə, İrəvanın qədim Azərbaycan torpaqları olması barədə dedikləri sadə mesajlar deyildi.

İlhamə Rəsulova

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
Son xəbərlər
Bütün xəbərlər »