Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çempionlar Liqasında oyunların saatı dəyişdi
UEFA Çempionlar Liqasında növbəti mövsümdən etibarən qrup mərhələsinin oyunları yeni saatda keçiriləcək.

Bizimyol.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun aldığı qərara görə, 2018/19 mövsümündən etibarən oyunların yarısı 19:00-da, digərləri isə 21:00-da baş tutacaq.

Bunlar da Bakı vaxtı ilə müvafiq olaraq 22:00 və 00:00-a təsadüf edir.

Nəzərə almaq lazımdır ki, Avropada yay və qış saatlarına keçid tətbiq edilir. Azərbaycanda isə bu ləğv olunduğu üçün yuxarıda qeyd edilən vaxtda 1 saat fərq olması mümkündür.

Qeyd edək ki, hazırda oyunlar yerli vaxtla saat 23:45-də başlayır. Türkiyə, Azərbaycan və Rusiya təmsilçilərinin ev oyunları isə 21:00-da keçirilir.

Son xəbərlər
Bütün xəbərlər »