Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danimarkada məktəbliləri xoşbəxt edən 5 qayda
Sinif, dərs, şagird, məktəb

Danimarkalılar dünyanın ən xoşbəxt xalqlarından sayılır. Skandinaviya ölkəsində rüşvət, demək olar, yoxdur. Təqaüd məbləğinə görə Danimarka tez-tez birinci pilləyə yüksəlir. Üstəlik, təhsilin səviyyəsi çox yüksəkdir. Danimarkalı məktəbliləri əbəs yerə dünyanın ən xoşbəxti adlandırmırlar.

Bizimyol.info xəbər verir ki, danimarkalı yazıçı Malin Ryudal bunun sirrini açıb. “Danimarkalılar kimi xoşbəxt” kitabında yerli məktəbliləri xoşbəxt edən 5 prinsipdən danışılıb.

1 – Hamıdan yaxşı olmaq vacib deyil

Danimarka təhsil sistemində rəqabət mühitindən uzaq dayanılır. Daha çox ayrı-ayrı bacarıqların, biliklərin inkişafına diqqət ayrılır. Hər bir məktəbliyə aşılamağa çalışırlar ki, onun haqqında yüksək fikirdədirlər. Danimarkalı məktəbli istənilən halda cəmiyyətdə yer ala biləcəyinə əmin olur. Şagirdlər çox çətinə salınmır. Onlara öhdəsindən gələ biləcəkləri tapşırıqlar verilir. 2006-cı ildən sonra məktəblərdə imtahanlar ləğv edilmişdi. 9 il əvvəl hər təhsil ocağına müstəqil qərar verməyə şərait yaradıldı.

2 – Özü olmaq oxumaq və yazmağı bacarmaq qədər vacibdir

Danimarka təhsil sistemi həm də şəxsiyyət yetişdirməyə çalışır. Bu məsələ konstitusiyada da əksini tapıb. İbtidai təhsil təkcə baza biliklərini verməklə kifayətlənməməlidir. Aşağı siniflərdən şagirdlərə özünü cəmiyyətdə aparmaq, tolerantlıq öyrədilir.

3 – Əzbərləmək təqdir olunmur

Şagirdlərə məlumatı təkbaşına əldə etmək öyrədilir. Yəni uşaq eksperimentlər aparsın, mənbəni analiz etsin. Hesab olunur ki, bilik müstəqil qavranmalıdır. Təkcə müəllimə qulaq asmaqla iş bitmir. Bu, şəxsiyyətin formalaşmasının başqa bir metodudur. Danimarka məktəblərində əzbərləmək təqdir olunmur.

4 – Nəticə yox, şagirdin xoşbəxtliyi əhəmiyyətlidir

Testlərin nəticələrinə görə sıralama aparılsa, çətin ki, Danimarka birinci yeri tutardı. Buna baxmayaraq, Skandinaviya ölkəsi milli təhsil sistemlərinin cədvəlində həmişə ilk üçlükdə yer alır. Malin Ryudal İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrində aparılmış sorğuya diqqət çəkir. Həmin dövlətlərdə təhsil alanların üçdə biri oxumaq istəmədiyini bildirib. Oxuyanların dörddə üçü isə ümumi prosesin çox darıxdırıcı olduğunu deyib. Danimarkada buna imkan vermirlər. Şagird məktəbdə özünü xoşbəxt hiss etməlidir.

5 – Şansların bərabərliyi

Danimarkalıların yalnız 11 faizi iş seçəndə məvacibi ən vacib amil yerinə qoyur. İş insanın ürəyincə olmalıdır. Danimarkada məhz bu prinsiplə yaşayırlar. Malin Ryudal yerli təhsil sisteminin qüsurlarının olduğunu da yazır. Amma istənilən halda danimarkalı məktəbli gələcəyi ilə bağlı nikbindir. O inanır ki, müstəqil qərar verə, mütləq istədiyi həyatı yaşaya biləcək.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »