Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Ermənistana daha çox pul göndərməyə başlayıblar
Rusiya - Moskva

Qarabağda aktiv əməliyyatlar başa çatan kimi Ermənistan vətəndaşlarının xaricə böyük köçünə start verildi. Ölkəni xeyli insan tərk etdi. Burada həm məğlubiyyət sarsıntısı, həm də iqtisadi vəziyyətin son illərdə heç vaxt qeydə alınmadığı qədər ağır olması böyük rol oynadı.

Bizimyol.info xəbər verir ki, Ermənistandan gedənlərin çoxu Rusiyaya üz tutdu. Buna görə hətta 2020-ci ilin sonlarında şimal dövlətinə uçan təyyarələrə bilet böhranı yaşanmışdı. Ermənistan vətəndaşları ilk imkandaca ölkəni tərk etməyə çalışırdı.

Rusiyadan Ermənistana daha çox pul göndərməyə başlayıblar. İlin ilk beş ayında şimal ölkəsində yaşayan və işləyən Ermənistan vətəndaşları 290 milyon dollar yollayıb. Keçən illə müqayisədə nəzərəçarpan artım qeydə alınıb. 2020-ci ilin yanvar-may aylarında Rusiyada yaşayan Ermənistan vətəndaşları 243 milyon dollar göndərmişdi.

Ümumi statistikaya nəzər yetirəndə artım sürətinin getdikcə yüksəldiyini görmək olar. Çünki ilk kvartalda Rusiyadan Ermənistana 151 milyon dollar göndərilib. Sonrakı iki ayda da təxminən bu qədər məbləğdən söhbət gedir. Deməli, iyunun göstəriciləri açıqlananda daha böyük rəqəmlər görəcəyik. Yəni ikinci kvartalda xeyli çox pulun göndərilməsi məlum olacaq.

Rusiyada yaşayan Ermənistan vətəndaşları necə oldu ki, birdən-birə varlanmağa başladı? Axı qlobal böhran onlara da təsir göstərməliydi?! Ermənistan mətbuatı diqqəti bir nüansa çəkib. Yazırlar ki, Rusiya vətəndaşlığı alanların sayı sürətlə artır. Elə pul transferlərinin statistikası da bu reallığı ortaya qoyub. Pul göndərənlərin nəzərəçarpan hissəsi Rusiya vətəndaşlığı almış keçmiş Ermənistan vətəndaşlarıdır. Onlar zamanla daha sabit maliyyə vəziyyəti yarada, sosial durumu yaxşılaşdıra biliblər.

Üstəlik, Rusiyaya üz tutan Ermənistan vətəndaşlarının sayı heç vaxt olmadığı qədər artıb. Şimal ölkəsi Ermənistan vətəndaşları üçün çox vacib əmək bazarına çevrilib. Onlara Rusiyada münasibətin müsbət olması da öz işini görür. Buna görə də Ermənistana göndərilən məbləğlərdə yalnız artım müşahidə ediləcək.

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »