Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikolayı sona qədər tək qoymayan Azərbaycan generalı kim olub...
Rusiyanın sonuncu çarı 2-ci Nikolay

Azərbaycanın hələ Çar Rusiyasının ordusunda xidmət etmiş, sonradan hərbi biliklərini cümhuriyyət dövründə ortaya qoyan yüksək rütbəli hərbçiləri olub. Onların xatirəsi əziz tutulur. Amma yüksək rütbəli hərbçilərin hamısı haqqında danışılmır.

Bizimyol.info xəbər verir ki, Hüseyn xan Naxçıvanski barədə nadir hallarda nəsə eşitmək mümkündür. Çünki tam süvari qoşunu generalı Romanovlar sülaləsindən olan son çar 2-ci Nikolayın yaxın adamlarından sayılıb. Naxçıvanski sona qədər Rusiya İmperiyasının rəhbərini tək qoymayıb.

Hüseyn xan Naxçıvanski Hüseyn xan Naxçıvanski

Yəqin ki, soyad sizə tanış gəlir. Hüseyn xan Naxçıvanski indi adına hərbi lisey olan Cəmşid Naxçıvanskinin doğma əmisidir. Cəmşid bəyin hərb sənətini sevməsində əmisinin birbaşa rolu olub. Amma onlar fərqli talelər yaşayıblar. Hüseyn xan Naxçıvanski Nikolayın taxtdan salınmasından, ardınca öldürülməsindən sonra tamamilə kölgəyə çəkilib. 1919-cu ildə hansı şəraitdə güllələnməsi belə indi mübahisə mövzusudur. Çar Rusiyası dövründə Ukraynanın qərbində qvardiya məktəbini bitirən Cəmşid Naxçıvanski isə cümhuriyyət üçün can qoyub. Şuşada işğalçılara qarşı vuruşub. Sovet dövründə də işini vicdanla görüb. Amma repressiyadan yaxa qurtarmaq mümkün olmayıb. Əmisi ilə daha bir oxşarlıq onun da güllələnməsidir.

Hüseyn xan Naxçıvanski hələ 1904-cü ildə Rusiya-Yaponiya savaşının iştirakçısı olmuşdu. Generalın Birinci Dünya Müharibəsindəki qəhrəmanlığından isə uzun-uzadı danışmaq mümkündür. Nikolay ona əbəs yerə güvənmirdi. Hüseyn xan Naxçıvanski ordudakı müsəlman kəsimi uğurla təmsil edirdi. Hərbi xadim Peterburqdakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü idi.

2-ci Nikolayın xatirələrini oxuyanda Hüseyn xan Naxçıvanskinin necə şücaət göstərdiyinə əminlik yaranır. O, Malvişken xəttindəki döyüşdə Almaniyaya çox böyük zərbə vurmuşdu. Nikolay 1914-cü il sentyabrın 15-də yazırdı: “Adi hesabatlardan sonra müharibədən erkən bir işıqla gələn Xan Naxçıvanskini qəbul etdim. Bizimlə səhər yeməyi yedi və çox maraqlı şeylər danışdı”.

Hüseyn xan Naxçıvanski Rusiya tarixində general-adyutant rütbəsini almış yeganə müsəlmandır. Hərbi xadim Nikolayı taxtdan salınandan sonra tək qoymayan iki genaraldan biri olub. Hərçənd, müvəqqəti hökumət ona əməkdaşlıq təklif edib. Naxçıvanski işsiz qalmağa üstünlük verib. Sonra onu həbs edərək güllələnmə qərarı çıxarıblar.

Hüseyn xan Naxçıvanski Naxçıvan xanlığının son hökmdarı Kəlbəli xanın oğlu olub. Nəslin davamçıları indi əsasən Rusiyada yaşayır. Hüseyn xan Naxçıvanskinin iki kötükcəsinin (nəvəsinin nəvələri) həyatda olduğu məlumdur.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »