Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Makronun regiondakı aktivliyinə Moskvada qısqanc yanaşırlar”
Kreml, Moskva, Rusiya

Tofiq Zülfüqarov: “Rusiya Fransanın regionda, xüsusən Ermənistandakı proeseslərdə aktiv iştirakına imkan verməyəcək”

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Ermənistana səfər edəcək.

Bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Fransanın İrəvandakı səfiri Conatan Lakottla görüşdə bildirib.

Nikol Paşinyan və Emmanuel Makron Nikol Paşinyan və Emmanuel Makron

Paşinyan deyib ki, bu səfər Ermənistan-Fransa əlaqələrinin inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcək.

Fransalı diplomat Makronun Ermənistana səfərinin təşkili üçün fəal iş aparıldığını və bunun əməkdaşlığın inkişafında vacib bir təkan olacağını vurğulayıb. Onun sözlərinə görə, Fransa Ermənistanla enerji, yüksək texnologiyalar, sənaye, təhsil kimi sahələrdə əməkdaşlıqda maraqlıdır (Ermənistan KİV).

Emmanuel Makronun Ermənistana səfəri öncəsi Qarabağda və Azərbaycan-Ermənistan sərhədlərində yaşanan gərginlik, habelə Azərbaycanda təmsil olunan səfirlərin Şuşa səfəri zamanı Fransa səfirinin həmin səfərə qatılmaması, həmçinin, Fransa Prezidentinin 44 günlük müharibədə açıq-aşkar Ermənistanı dəstəkləməsi də, təbii ki, nəzərdən qaçmır.

Bu məqamlar fonunda Makronun Ermənistan səfərindən sonra regiondakı proseslərdə hansı dəyişikliklər baş verə bilər və Fransa regionda oyunçu olaraq hansı addımlar atacaq?

Sözügedən məsəsələrlə bağlı Bizimyol.info saytına danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Fransa özünün ermənipərəst mövqeyi ilə 30 il əvvəl də fərqlənirdi.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Fransanın ATƏT-in Minsk qrupuna həmsədr olması yadıma gəlir. O zaman Azərbaycan tərəfi Fransanın həmsədr olmasına qarşı idi. Lakin fransalı diplomatlar bizi inandırmağa çalışdılar ki, onlar məsələyə münasibətdə balanslaşdırılmış siyasət yürüdəcək, vasitəçilik prinsiplərinə sadiq qalacaqlar. Təəssüflər olsun ki, proseslərin gedişatında bu, Fransa tərəfindən heç də nümayiş olunmadı. Lakin Fransa rəhbərliyinin Ermənistanla, daha doğrusu erməni lobbisi ilə bu qədər yaxınlığı, Qarabağ münaqişəsində indiki kimi açıq-aşkar mövqe sərgiləməsi əvvəl müşahidə olunmurdu”, - deyə sabiq nazir bildirib.

Onun sözlərinə görə, Emmanuel Makron özünün nümayişkəranə ermənipərəst mövqeyi ilə sələflərini geridə qoyub.

“Bu da seçkilərdə xal yığmaq üçün, daxili siyasətə hesablanan faktordur. Lakin düşünürəm ki, bir müddət sonra bu mövqedə də yumşalma müşahidə olunacaq. Makronun türkiyəli həmkarı Ərdoğanla Brüsseldəki görüşündə, Fransa-Türkiyə münasibətlərinin yaxşılaşması üçün müəyyən müsbət işartılar hiss olundu. Azərbaycanla münasibətlərin də yaxşılaşması üçün, rəsmi Paris tərəfindən hər hansı addımların atılacağını gözləmək olar. Bu, Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərdən ötrü də vacibdir”, - deyə T.Zülfüqarov qeyd edib.

Onun fikrincə, Fransa regionda dominant oyunçu kimi ortaya çıxmağa çalışır:”Lakin ona imkan verməyəcəklər”.

Sabiq nazirin sözlərinə görə, Fransanın regionda aktivləşməsi həm Moskvada qısqanclıqla izlənilir, həm də bəzi məqamlarda Fransa özbaşına addımlar ata bilməz.

“Fransa Qarabağ məsələsində Rusiya ilə hansısa şəkildə dil tapmağa, fəal aktor kimi ortaya çıxmağa çalışır. Amma Rusiyanın Fransaya bölgədə dominant oyunçu olmaq üçün meydan yaradacağını düşünmürəm. Rusiya Fransanın regionda, xüsusən Ermənistandakı proeseslərdə aktiv iştirakına imkan verməyəcək Rusiya Fransanın regionda, xüsusən Ermənistandakı proeseslərdə aktiv iştirakına imkan verməyəcək. Rusiya Emənistana Şərq Tərəfdaşlığı Sazişi çərçivəsində hər hansı iqtisadi dəstəkdən söz gedə bilər. Lakin hərbi sahədə yardımlar, Ermənistan ordusunun modernləşməsinə dəstək kimi addımlar NATO-dan asılı məsələlərdir. Və NATO-da Türkiyənin də söz sahibi olması danılmazdır”, - deyə nazir əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »