Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Emmanuel Makronun Ermənistan səfəri təhlükə siqnalıdır”
Nikol Paşinyan və Emmanuel Makron

Türkiyənin regiona tam “gəlməməsi” Qarabağdakı gərginliyi artırır

Qarabağda artan gərginlik və Azərbaycan mövqelərinin davamlı olaraq atəşə tutulması onu göstərir ki, Türkiyənin tam şəkildə regiona “gəlməsinə” ehtiyac var.

Bu fikirləri Bizimyol.info saytına açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Arif Hacılı

Onun sözlərinə görə, istər illərdir Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqlarda, istər 44 günlük müharibədə, istərsə də üçtərəfli bəyanatdan sonra Fransa və Rusiyanın sərgilədiyi mövqe hamıya aydındır.

“Bu dövlətlərin siyasi dairələri məsələyə daha çox erməni diasporunun təsiri ilə yanaşırlar və öz ərazi bütövlüyünü bərpa etmək istəyən Azərbaycana qarşı ikili standart yeridirlər. Təəssüflər olsun ki, münaqişə ocağı hələ qalıb. Daha doğrusu, böyük güclər onu saxlayıb və hər vəchlə də saxlamağa, vaxtaşırı olaraq gərginliyi artırmağa çalışırlar. Bu, həm də Azərbaycana bir təzyiq vasitəsidir. Biz döyüşdə qələbə çalmışıq, lakin münaqişə ocağını tamamilə söndürmək, ərazi bütövlüyümüzü birmənalı bərpa etməkdən ötrü, bundan sonra geniş və çoxşaxəli bir strategiya yürütmək lazım gələcək”, - deyə Müsavat başqanı vurğulayıb.

Müxalifət lideri qeyd edib ki, bəzi dairələrin “Xankəndinə tankla girməliyik” kimi çağırışları populizmdən başqa bir şey deyil.

“Azərbaycan Xankəndinə qoşun yeritsə, Rusiya ilə üz-üzə gələcək, Rusiyaya müharibə elan etmiş olacaq. Bu istiqamətdə siyasi-diplomatik rıçaqlardan istifadə olunmalıdır. Eyni zamanda Türkiyənin regiona tam “gəlməsi”, Türkiyənin sülhməramlı kontingentin fəaliyyətində və regionun təhlükəsizliyinin təminatında iştirakına nail olmaqdır”, - deyə A.Hacılı qeyd edib.

Onun sözlərinə görə, son təxribatlardan sonra, Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin hər hansı açıqlamasını, bəyanatını gözləyirdi.

“Təəssüflər olsun ki, biz bunun şahidi olmadıq. Aylardır ki, biz regiondakı proseslərdə Türkiyənin daha aktiv rol oynayacağına ümid edirdik. Lakin müəyyən qüvvələr buna əngəllər törədirlər. Təbii ki, hazırkı vəziyyət Qarabağda gərginliyin daha da artmasına gətirib çıxarır”, - deyə müxalifət lideri əlavə edib.

O, Fransa Prezidenti Emanuel Makronun Ermənistana gözlənilən səfərinə də toxunub.

“Bu səfər təhlükə siqnalıdır. Aydındır ki, Fransa və Rusiya arasında Qarabağa dair bir razılaşma var. Və bu razılaşma çərçivəsində də, Türkiyəni regiondakı proseslərdən aralı tutmağa çalışırlar. Düşünürəm ki, Makron hakimiyyəti Fransadakı erməni diasporunun ciddi təsiri altındadır və bu səfərin əsas məqsədlərindən də biri, Ermənistanı, habelə Azərbaycan ərazisində olan separatçıları gücləndirmək, silahlandırmaq olacaq, - deyə A.Hacılı əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »