Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rüstəm Muradov Arkadiy Volskinin yolunu gedir”
Rüstəm Muradov və Araik Harutyunyan

Aqil Abbas: “Bu gedişlə, sülhməramlıların Qarabağdakı mövcudluğu heç 5 il çəkməyəcək”

“Azərbaycanın hüququ var ki, sülhməramlı kontingentin Qarabağı tərk etməsi barədə birtərəfli qaydada tələb irəli sürsün”.

Bu barədə Ağdam rayonunu təmsil edən millət vəkili Aqil Abbas bizimyol.info saytına Şuşa ətrafında baş verən son təxribatları və sülhməramlıların fəaliyyətini şərh edərkən bildirib.

Aqil Abbas Aqil Abbas

Onun sözlərinə görə, 2020-ci ilin 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın bir sıra mühüm şərtləri yerinə yetirilmir.

“Ən vacib şərtlərdən biri də, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını tərk etməsi idi. Lakin bu şərt hələ də icra olunmur. Biz hələ də vaxtaşırı atışmaların, toqquşmaların şahidi oluruq. Bu hallara son verilməsi üçün, sülhməramlı kontingent və onun rəhbəri Rüstəm Muradov ermənilərə havadarlığından əl çəkməlidir”, - deyə A.Abbas bildirib.

Onun sözlərinə görə, sülhməramlı kontingentin rəhbəri ilk növbədə Azərbaycanın qanunlarına və ərazi bütövlüyünə hörmət etməlidir.

“Lakin verilən bəyanatlarda tez-tez “Dağlıq Qarabağ” ifadəsi işlədilir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları var, Azərbaycanda “Dağlıq Qarabağ” adında hər hansı ərazi vahidi yoxdur. Bu sülhməramlı kontingentin bitərəfliyini şübhə altına salır. Görünən odur ki, Rüstəm Muradov 1988-ci ildə erməni separatçılarına havadarlıq edən Arkadiy Volskinin yolunu getmək istəyir”, - deyə Azərbaycanın millət vəkili vurğulayıb.

Deputat qeyd edib ki, son günlər ermənilərin təxribatlarına cavab olaraq, rəsmi Bakı ilk növbədə Rusiya dövləti və sülhməramlı kontingent qarşısında konkret tələblər qaldırmalıdır.

“Rüstəm Muradovun erməni separatçıları ilə isti münasibətləri artıq heç kimdən gizli deyil. Bu gedişlə, sülhməramlıların Qarabağdakı mövcudluğu heç 5 il çəkməyəcək. Sizi inandırıram, beş il çəkməz, sülhməramlılar Qarabağı tərk edəcəklər. Azərbaycanın belə bir tələb qaldırmağa hüququ var. Və düşünürəm ki, sülhməramlı kontingentin fəaliyyəti hazırkı formada davam edərsə, rəsmi Bakı bu hüququndan istifadə edəcək”, - deyə Aqil Abbas əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »