Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hər bir halda hər şey vaksinasiya prosesinin gedişatından asılıdır“
Koronavirus pasportu

"Turizm qapısı" açıldıqca yenidən "normal" həyata qayıdış başlayır

“İyun ayında bəzi ölkələrin vətəndaşları üçün sərhədlərin açılması ilin axırına qədər turizmin 30 faiz bərpa olunacağı ümidini verir. Bilirsiniz ki, 10-da artıq ölkə vətəndaşlarının Azərbaycana gəlişinə icazə verilib”.

Bizimyol.info saytına danışan turizm eksperti Ruslan Quliyev qeyd edib ki, bir sıra ölkələrin vətəndaşlarına da Azərbaycana gəlmək üçün icazə veriləcəyi gözlənilsə də, son günlər delta və Britaniya ştammının mövcudluğu avqust-sentyabr ayında sərhədlərin yenidən bağlanılacağı, 4 cü dalğanın başlayacağı və s. kimi fikirlərin yayılması müşahidə edilir.

“Hər bir halda hər şey vaksinasiya prosesinin gedişatından asılıdır. Artıq dövlətlərdə buna hazırlıq görülür. Hesab edirəm ki, Azərbaycan Gürcüstan, Rusiya, Türkiyə və digər dövlətlərlə mərhələli şəkildə təhlükəsiz turizm koridorlarını tətbiq edə bilər. Standartların tətbiq edilməsi və qaydalara ciddi şəkildə əməl edilsə turist sayının artırılmasına nail ola bilərik” - deyə ekspert Ruslan Quliyev bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »