Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistanın daxilindəki “silah mafiyaları” yenidən aranı qızışdırmağa çalışır”
Şuşa şəhəri

Aqil Abbas: “Vaxtaşırı Azərbaycan mövqelərinin atəşə tutulması Qarabağa qayıdan həmvətənlərimizi qorxutmağa xidmət edir”

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qeyd edək ki, son günlər Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan mövqelərini Ağdam, Şuşa və Naxçıvan tərəfdən atəşə tuturlar.

Bu təxribatlar hansı məqsədə xidmət edir və proseslər hansı istiqamətdə inkişaf edə bilər? Azərbaycan bu təxribatlara son vermək üçün hansı addımlar görməlidir və bunu necə etməlidir ki, üçtərəfli bəyanatı pozmaqda ittiham olunmasın?

Ötən gün Azərbaycan Prezidenti deyib ki, Qarabağ müharibəsi artıq bitib. Görəsən, qarşı tərəf bu fikri inkar etmək, Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq üçün vəziyyəti gərginləşdirir?

Bu mövzuda Bizimyol.info saytına danışan politoloq Rasim Ağayev hesab edir ki, Azərbaycan Prezidenti tam haqlı vurğulayıb:

“Müharibə bitib, lakin problem hələ də qalmaqdadır. Bu problemin isə aradan qalxması üçün, ilk növbədə Ermənistanın öz diqqətini daha vacib daxili problemlərinə yönəltməsi lazımdır. Yalnız bizim istəyimizlə, birtərəfli qaydada bu problem bitməyəcək. Bizim ermənilərlə problemimiz yoxdur və hazırda əsas məqsədimiz azad olunan ərazilərdə abadlıq işləri görmək, əhalinin oraya qayıtması və regionun inkişafına nail olmaqdır”, - deyə R.Ağayev qeyd edib.

təxribatların davam edəcəyi halda Azərbaycan tərəfi anti-terror əməliyyatlarına başlaya bilər.

“Lakin bu beynəlxalq güclər, o cümlədən Rusiya tərəfdən birmənalı qarşılanmayacaq. Əslində qarşı tərəfin də istədiyi budur. Yenidən hərbi əməliyyatların qızışması və silah ticarətinin yenidən canlanması”, - deyə R.Ağayev bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların yenidən başlaması Paşinyan hökumətinə sərf etmir: “Lakin Ermənistanda müxtəlif dairələrə nüfuz edən “silah mafiyaları” var ki, onların Rusiyadakı müəyyən hərbi-siyasi dairələrlə də sıx münasibətləri var. Və onlar yenidən regionu qan gölünə çevirməyə çalışırlar. Sıravi ermənilər də artıq anlamağa başlayır ki, sonu olmayan müharibə ölkəyə və xalqa heç nə vəd etmir. Bu məsələnin bir sonu olmalıdır və bu istiqamətdə Rusiya sülhməramlıları da öhdəsinə düşəni etməlidir”.

Millət vəkili, yazıçı Aqil Abbas da hesab edir ki, Azərbaycan mövqelərinin tez-tez atəşə tutulması, törədilən təxribatlar Ermənistan daxilindəki ayrı-ayrı qrupların əməlləridir.

Aqil Abbas Aqil Abbas

Onun sözlərinə görə, vaxtaşırı Azərbaycan mövqelərinin atəşə tutulması Qarabağa qayıdan həmvətənlərimizi qorxutmağa xidmət edir.

“Lakin onlar Azərbaycanı vahid düşmən olaraq görürlər. Aydın məsələdir ki, Ermənistan tərəfi istər dövlət, istər cəmiyyət olaraq yeni səhifə açmaq üçün hazır deyil. Onlar bölgədəki vəziyyəti gərgin saxlamaqla, soydaşlarımızın azad olunan ərazilərə səfərinə maneə törətmək, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmasını yubatmaq, bununla da onları qorxutmaq məqsədi güdürlər”, - deyə deputat vurğulayıb.

O əlavə edib ki, Rusiya sülhməramlıları erməni dəstələrinə havadarlıq etməsə, belə hallar baş verməz.

“Kimin atdığı, hardan atdığı məlumdur. Üçtərəfli bəyanata görə, Ermənistan silahlı qüvvələri Azərbaycanı tərk etməli idi. O qoşunlar hələ də torpaqlarımızdadır. Deməli, bəyanatın əsas şərtləri yerinə yetirilmir”, - deyə A.Abbas əlavə edib.

Rüfət Əhmədzadə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »