Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Azərbaycana iqtisadi təzyiq: Tonlarla meyvə-tərəvəzi ölkəyə buraxmadı…
Kreml, Moskva, Rusiya

Bu ilin iyul ayının əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan istehsalı olan 83,2 ton pomidor və 36,9 ton şaftalını Rusiya Federasiyasının ərazisinə buraxmayıb. Buna səbəb isə “Ümumrusiya Bitki Karantin Mərkəzi” Federal Dövlət Büdcə Təşkilatının Dağıstan filialının laboratoriya rəyi olub. Rəydə deyilir ki, məhsul partiyalarında pomidor güvəsi və şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərli obyektlər aşkarlanıb.

2021-ci ilin iyun ayının yekunlarına əsasən, “Rosselxoznadzor” Azərbaycan və İran istehsalı olan 20 ton tərəvəz (pomidor, bibər, kartof və s.) və 13,7 ton meyvəni (alma, qarpız, çiyələk, gilas, ərik, şaftalı və s.) ölkəyə buraxmayıb. Buna səbəb həmin məhsullarda pomidor güvəsi, qərb (Kaliforniya) çiçək tripsi və şərq meyvəyeyəninin aşkarlanması olub.

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu keçən ilin dekabr ayından başlayıb və hələ də davam edir.

Natiq Cəfərli Natiq Cəfərli

“Zaman-zaman yumşalmalar olur, amma arada da belə sərt tədbirlər görülür. Bu Rusiyanın sərhəd-keçid məntəqələrində çoxdan olan problemdir. Yəni sərhəd-keçid məntəqəsindən yüklərin daşınmasını, ölkələrə, o cümlədən də Azərbaycana iqtisadi təzyiq vasitəsinə çevirirlər.

Təəssüflər olsun ki, Azərbaycanın Rusiya bazarından çox asılı olduğunu nəzərə alsaq, Rusiya bundan çox effektiv, özünə xeyir edəcək şəkildə istifadə edir. Rusiya müəyyən problemləri həll etmək, təzyiq göstərmək, Azərbaycan tərəfindən güzəştlər qoparmaq üçün zaman-zaman bu addımı atır.

Təəssüf ki, son zamanlarda bu intensivləşib. Azərbaycan kənd təsərrüfatı mallarının Rusiya bazarına çıxışına ciddi və süni əngəllər qoyulur. Bizim burada günahımız ondan ibarətdir ki, uzun illərdir çoxşaxəli ixrac modelinə keçə bilməmişik. Kənd təsərrüfatı məhsullarının 80 faizə yaxınının Rusiya bazarından asılı olması bizim zəif nöqtəmizdir. Bu zəif nöqtəmizdən də Rusiya həmişə istifadə edir.

Bu ilk deyil. İllərdir bu məsələ davam edir. Hətta 2000-2010-cu illərdə də olub. Biz çoxdan bunu anlamalı idik ki, Rusiya bazarından bu qədər asılılıq Azərbaycana ziyan verir.

Azərbaycan çoxşaxəli ixrac bazarına keçməlidir”,-deyə iqtisadçı bildirib.

Qeyd edək ki, 10 dekabr 2020-ci il tarixində də Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalına qadağa qoymuşdu. Buna səbəb kimi alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasını göstərmişdilər.

Leyla Mirzə

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »