Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurbanlıq qiymətləri bayrama imkan verirmi...
Ramazan ayı, məscid

Qurban bayramı, İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə, kasıblar insanlar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

Bu il isə qurban bayramı iyul ayının 20-21-I tarixlərinə təsadüf edir. Hər il olduğu kimi bu il də, imkanı çatan insanlar Allah yolunda qurbanlar kəsib, kasıb, köməksiz insanların evində qazan qaynamasına vəsilə  olacacaqlar. Qurban kəsmək niyyətində olan insanlar artıq hazırlıq işləri görür və qurbanlıqların qiyməti ilə maraqlanırlar. Təbii ki, panademiya, işsiz qalan insanların sayının, sosial xərclərin artması bu bayramada təsirsiz ötüşməyəcək. Bunu nəzərə alaraq, bazarlardakı vəziyyəti, qiymətləri araşdırmaq qərarına gəldik. Görəsən bu il qurban kəsmək istəyən insanlar niyyətini reallaşdıra biləcəkmi?

Qurbanlıq mal saxlayan fermerlərlə söhbətləşdiyimiz zaman bildirdilər ki, bayramdan bir neçə ay öncədən hazırlıqlara başlayıblar. Fermerlərin sözlərinə görə, əslində xırda buynuzlu heyvanı kökəltmək elə də pul tələb etmir. Sadəcə hazırda ot, yem baha olduğu üçün bu da heyvanın maya dəyərinə, ətin qiymətinə təsir göstərir.

Bazarda qiymətlər malın kəçisindən asılı olaraq dəyişir. Fermerlər pandemiyanın yaratdığı sosial, iqtisadi çətinlikləri nəzərə alaraq, insanların alıcılıq qabiliyyətini artırmaq üçün bu il qiymətlər nisbətən daha aşağı olacağını söyləyirlər. Məsələn, keçən il canlı qoyunun kilosu 6.50-yə satılırdısa, bu il artıq 6 manatdan hesablanacaq.

Bayrama hələ bir neçə gün qalmış olsa da, artıq mal satılan bazarlarda canlanma müşahidə edilir. Alıcılar isə qiymətlərin normal olduğunu, büdcələrinə uyğun heyvan tapa bildiklərini söyləyirlər.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Borc pulla heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

Leyla Mirzə

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »