Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mülki şəxs piyada əleyhinə minaya düşərək həlak olub
Mina - Partlayış

İyulun 14-də saat 21.00 radələrində bir nəfərin Göygöl rayonu ərazisində minaya düşərək həlak olması barədə rayon prokurorluğuna məlumat verilib.

Bizimyol.info xəbər verir ki, Göygöl Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 14-də Göygöl rayonunun Mollacəlilli kənd sakini 1990-cı il təvəllüdlü Ocaqquluyev Ramal Kamal oğlu Vətən müharibəsinədək Azərbaycan Ordusunun döyüş mövqeləri ilə Ermənistan silahlı qüvvələrinin mövqeləri arasındaki minalanmış ərazi hesab olunan, Göygöl rayonu ilə işğaldan azad edilmiş Kəlbəcər rayonu arasında yerləşən “Bənövşəli yaylağı” adlanan ərazidə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4-cü və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Paylaş »
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »