Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevgeni Mixaylov: “Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır”
Yevgeniy Mixaylov

Azərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar getdikcə daha çox baş verir. Bununla yanaşı, erməni və ermənipərəst ekspertlər baş verənlərdə Rusiyanı günahlandırır, Ermənistanı ABŞ və Fransanın iştirakı olmadan Bakı və Moskva ilə hər hansı danışıqdan imtina etməyə çağırırlar.

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov qeyd edib ki, bəzi erməni mütəxəssislərin səsləndirdikləri bu cür cəfəngiyyatlara münasibət bildirmək çətindir.

Bu barədə o, caliber.az-ın suallarını cavablandırarkən deyib:

“Rusiya Ermənistanı tamamilə süquta uğramaqdan qurtardı. İndi sərhəddə təxribatlar baş verir, sonra Rusiya ittiham olunur?! Məgər bu normaldır? ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrin iştirakı olmadan danışıqların rədd edilməsi nə cəfəngiyyatdır? Qarabağın hansı statusundan söhbət gedə bilər? Bu, Azərbaycanın bir hissəsidir!”

Mütəxəssis vurğulayıb ki, Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır:

“Yalnız qonşuları ilə sülh şəraitində olduğu təqdirdə Ermənistanın iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər. Bütün bu təxribatlar, Moskvanı ittiham etmək cəhdləri gülünc görünür, buna əhəmiyyət verməmək lazımdır”, - deyə Yevgeni Mixaylov bildirib.

Eyni zamanda, ekspertin fikrincə, Ermənistanı bütün problemli məsələlərin qəti həllinə məcbur etmək üçün bir dəlil bazası yaratmaq lazımdır:

“İrəvan Rusiya hərbçilərini çətin vəziyətə salaraq intiqam almaq barədə düşünməməli, təxribat törətməməlidir”.

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Dağlar qoynunda gizlənmiş cənnət: Təngə dərəsi - Fotolar
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Bakı gözəl şəhərdir, amma pulu olanlara
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
Son xəbərlər
Bütün xəbərlər »