Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Havadarlarının təkanı ilə yenidən həyasızlaşırlar: Aramıza beton sədd çəkməliyik
Şuşa

30 illik işğla dövründə biz yəqin xalq olaraq heç bu qədər dərk etməmişdik ki Qarabağ əslində yalnız Azərbaycan- Ermənistan arasında ərazi iddiası deyil, bura böyük güclərin maraqlarının toqquşduğu savaş meydanıdır. Bu güclər işğal dövründə kölgədə otursalar da 44 günlük müharibədən sonra hamısı boy göstərdi, burda mən də varam dedi. Türkün bütün dünyaya necə savaş açmasının Qarabağda şahidi olduq.

Azərbaycanın Qarabağla bağlı "B planı" işə salına bilər.

“Prezidentin Zəngəzur, Göyçə və İrəvan - tarixi Azərbaycan torpaqlarıdır" deməsi təsadüfi deyil. Hesab edirəm ki, Qarabağ məsələsində əldə edilmiş razılıqların pozulduğu anda, biz tarixi Azərbaycan torpaqlarımızı Azərbaycana qaytarma kontekstində bəyan edəcəyik”. Bu fikirləri politoloq, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov səsləndirib.

“Azərbaycan Prezidentinin Şərqi və Qərbi Zəngəzur Azərbaycan torpaqlarıdır” deməsi heç söz yox ki, ölkəmizə xarici güclər tərfindən edilən pressinqə cavabdır.Zaur Məmmədov hesab edir ki, Fransa və Rusiya Qarabağ məsələsi ilə bağlı ümumi razılıq əldə edə bilərlər və buna qarşı bizim əlavə planımız Zəngəzuru geri istəməyimiz olmalıdır.

“Yaxın vaxtlarda Makronun İrəvana rəsmi səfəri baş tutacaq. Ən son həddə, Paris Daqlıq Qarabağın müstəqilliyini tanıya da bilər. Fransadakı müxtəlif internet resurslarına istinad etsək, Makron və Putin arasında Qarabağla bağlı gizli "yol xəritəsi" var. Hələlik, Moskva bu yol xəritəsinin açıqlanmasına yaşıl işıq yandırmayıb. Çox güman kı, Bakı ilə müxtəlif məsələlər ətrafında dialoq davam edir.Hər bir halda, rəsmi Bakı da "B planına" hazırdır”- deyə politoloq bizimyol.info-ya söyləyib.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, bizim münaqişənin başa çatması barədə bəyanatlarımız düşmənlərimiz üçün qəbuledilməzdir. “Dünyanın böyük gücləri zəfərimizi qəbul etmək istəmir və 18 minlik silahlı erməni ordusunun Qarabağda qalmasını dəstəkləyir.Qarabağın bizim əlimizdə olmayan hissəsinin nə zaman nəzarətimizə keçəcəyinə dair rəsmi dəqiq mövqe ortaya qoymalıyıq. Düşmən 3 tərəfli bəyanatı kənara atıb Minsk qrupunu ortaya salmaq niyyətindədir.Azərbaycanlı köçkünlərin torpaqlarına qayıtması, kommunikasiyaların açılması Ermənistanın marağında deyil.Mən Paşinyandan gözləyirəm ki, o əldə edilmiş 3 tərəfli sazişə əməl etməsin və vasitəçiləri yenidən dəvət etsin. Bu böyük ehtimaldır.

Dözümlü siyasətimizə sərt xarakter verməliyik. 10 noyabr sazişinin bəndlərinə bütövlükdə əməl edilməlidir.Ermənistan müharibə cinayətlərinə görə beynəlxalq tribunala verilməlidir.Bərdə və Gəncənin raket atəşlərinə tutulmasına görə cavab versin.Bizim müxtəlif diplomatik imkanlarımız var. Laçın dəhlizinə Azərbaycan nəzarət etməlidir. Bütün bu iddialar qaldırılmalıdır ki, ermənilər öz həyasız ambisiyalarından əl çəksinlər”,- deyə İlham İsmayıl qeyd edib.

Ümid partiyası hesab edir ki, Zəngilandan Kəlbəcərə qədər beton sədlər, divarlar çəkilməlidir. “Bu gün Şuşaya atəş aılması ermənilərin sərbəst dolaşmasından irəli gəlir. Bu təklifi çoxdan vermişik. Beton sədlər çəkilsəydi müharibdən sonrakı ölümlər təxribatlar baş verməyəcəkdi”.

Bu fikirləri bizimyol.info-ya Ümid partiyasının sədr müavini Tamilla Qulami səsləndirib.

Tamilla Qulami Tamilla Qulami

“Ermənistan kəşfiyyat diversiya qrupları gəlib minaladılar şəhid verdilər. Bu gün əlimizdə olan torpaqlarımızda hüquqi nəzarəti həyata keçirə bilmirik. Hüquqi həllə nail olduqdan sonra beton sədləri yenə sökəcəyik. Bu narahatlıq yaratmamalıdır. Nəzarət Azərbaycan hakimiyyətinə keçməlidir. Ondan sonra biz Göyçəyə də, Zəngəzura da üz tutacağıq. Güney Azərbaycanı da unutmayadıq, zaman gəlincə yəqin o barədə də danışacağıq.Siyasətdə mümkünsüzü yox, doğru şəraitdə nəyi əldə edə bilməyin barədə düşünməlisən ,bu gün biz Arafda qalmışıq, bilmirik Rusiyanı tutaq, yoxsa Qərbi. Türkiyə də bizə görə başqa dövlətlərlə sual altında qalmamalıdır. Xarici siyasətimizi elə tənzimləməliyik ki, maraqlarımız tapdanmasın və bu asan da deyil.Biz bu gün Ermənistan mediası üzərindən mövqelər bildirirk. Çünki özümüzə kifayət qədər məlumat verilmir. Ermənistan XİN Şuşaya səfər etmiş səfirlərə nota verir, amma biz bu səfərdən imtina etmiş səfirlərdən açıqlama tələb etmirik. Susduq deyə biz nota vermək əvəzinə bizə nota verdilər”,- deyə siyasətçi bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »